"Xankəndi" klubunun rəsmisi: Bu komandanı yaratmaq və təmsil etmək bizim üçün fəxrdir

"Xankəndi" klubunun rəsmisi: Bu komandanı yaratmaq və təmsil etmək bizim üçün fəxrdir

"Xankəndi" komandasını yaratmaq və təmsil etmək bizim üçün fəxrdir.

Bunu "Report"a açıqlamasında yeni yaradılmış "Xankəndi" klubunun icraçı direktoru Vasif İsmayılov deyib.

O, 2024/2025 mövsümündə AFFA Region Liqasında iştirak edəcək komandanın yaranmasından və hədəflərindən danışıb:

"Azərbaycan minifutbol çempionatında çıxış edən "Real Bakı"nın təsisçisi Elnur Məcidov mənimlə əlaqə saxladı və belə bir komanda yaratmaq istədiyini bildirdi. Mən isə ona bu işdə can-başla kömək edə biləcəyimi söylədim. Bəzi işləri görmüşük, vergi məsələlərini həll etmişik. İnşallah, cari mövsüm Region Liqasında çıxış edəcəyik. "Xankəndi" komandasını yaratmaq və burada çalışmaq bizim üçün fəxrdir. Mən icraçı direktor, Elnur Məcidov isə klub prezidenti vəzifəsini icra edəcək".

Klub rəsmisi ev oyunlarını keçirmək üçün Şamaxı Olimpiya Komleksinə müraciət etdklərini bildirib:

"Rəqib komandaları Şamaxıda qəbul edəcəyik. İnşallah, vaxt gələr ev oyunlarımızı Xankəndi şəhər stadionunda keçirərik. Hazırda bu mümkün deyil. Çünki dövlətimizin siyasəti var və hazırda işğaldan azad olunan torpaqlarımıza gediş-gəliş icazəli şəkildə həyata keçirilir. İnşallah, hədəflərimiz böyükdür. Hətta onu deyə bilərəm ki, nə vaxtsa Xankəndi stadionunda çıxış etsək, məskunlaşacağımız otel də bəllidir. Həmin yerin adını çəkmək doğru olmaz. Çünki danışmaqdansa, iş görməyi və uğur qazanmağı üstün tuturam".

V.İsmayılov komandada təcrübəli futbolçuların yer alacağını bildirib:

"Azərbaycan çempionatında təcrübəsi olan futbolçularla müqavilə bağlayacağıq. Bəziləri ilə artıq anlaşmışıq. İnanıram ki, ortaya yaxşı iş çıxaracağıq. "Real Bakı" minifutbol komandasında çıxış edən oyunçulardan da gələnlər olacaq".

"Xankəndi" rəsmisi son olaraq çalışdığı Azərbaycan II Liqa təmsilçisi "Füzuli"dən ayrılacağını söyləyib:

"Uzun müddət "Füzuli" komandasında icraçı direktor kimi fəaliyyət göstərmişəm. Bilənlər bilir ki, bu komandada necə zəhmətim olub. Klubun II Liqaya çıxması üçün əlimdən gələn hər şeyi etmişdim. İnşallah, eyni uğuru "Xankəndi" klubunda da qazanacağıq".

Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayında başlaması nəzərdə tutulub.

Futbol
Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

Futbol
"Kəpəz"in baş məşqçisi istefa şüarları altında müsahibə verib

"Kəpəz"in baş məşqçisi istefa şüarları altında müsahibə verib

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

Futbol
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

Futbol
Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

Futbol
Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub