"Gəncə" basketbolçusu ilə müqaviləni yeniləyib
"Gəncə" basketbolçusu Maqsud Rüstəmovla müqaviləni yeniləyib.
"QELEBE.AZ" Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümdən "sarı-göylər"in şərəfini qoruyan 22 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
197 sm boya malik M.Rüstəmov hücumçu mövqeyində çıxış edir. O, 14 nömrəli forma ilə oynayacaq.

https://qelebe.az//uploads/photo/gence-basketbolchusu-ile-muqavileni-yenileyib.webp











