Avropa çempionatının qalibi: Mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim

Avropa çempionatının qalibi: Mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim

Yarışda mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim.

Bunu "QELEBE.AZ"a açıqlamasında Rumıniyada keçirilən karate üzrə Avropa çempionatının qalibi Aygün Əsədli (55 kq) deyib.

Kyokuşin-kan karate üzrə çempion olan ilk azərbaycanlı qadın idmançı yayın əvvəlindən bu yana yarışa hazırlaşdığını bildirib:

"Məşq prosesində ancaq oğlanlarla mübarizə aparırdım. Mənim üçün çətin idi, çünki 5 kq çəki salmalı idim. Məşqçilərim məni bu yarışa hazırladılar. Üzərimdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həm müəllimə kimi işləyib, eyni zamanda məşqləri davam etdirmək çətindir. Məşqçilərim məni qələbəyə ruhlandırdılar və çempion olacağımı söylədilər. Yarışda mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim. Şükürlər olsun ki, final görüşünü də qələbə ilə başa vurub, baş mükafata sahib çıxıdm".

A.Əsədli yarışdan sonra Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının prezidenti Hatsuo Royamanın onu təbrik etdiyini bildirib:

"Görüşlər başa çatdıqdan sonra cənab Royama məni yanına çağırdı. Tərcüməçi vasitəsilə mənim döyüşümü bəyəndiyini və fəxr hissi ilə qarşılaşmalarımı izlədiyini söylədi. Bu mənim üçün çox xoş hal idi".

Qeyd edək ki, Rumıniyanın Kluj şəhərində keçirilən karatenin kyokuşin-kan növü üzrə Avropa çempionatında 25 ölkədən 400-ə yaxın idmançı iştirak edib. Yarışda Azərbaycanı hakim qismində təmsil edən Qələndər Aslanov "Ən yaxşı hakim" mükafatına sahib çıxıb.

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Fərdi
Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Fərdi
Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub