Altı yaşlı şahmatçının atası: Onun potensialının olduğunu hiss edirik

Altı yaşlı şahmatçının atası: Onun potensialının olduğunu hiss edirik

Müəllimi potensialının yüksək olduğunu söyləyib. Bunu biz də hiss edirik.

Bunu "Report"a açıqlamasında azyaşlı şahmatçı Məhəmməd Mirzəliyevin atası Vüqar Mirzəliyev deyib.

O, övladının indiyədək əldə etdiyi nailiyyətlərdən söz açıb:

"Məhəmməd Mirzəliyev 2018-ci il martın 26-da dünyaya gəlib. Altı yaşı var. Şahmata 4 yaşında bağçada başlayıb. Müəllimi Ceyhun Əliyev həmin müəssisədə uşaqlara qrup şəklində dərslər keçirdi. Keçən il, beş yaşı olanda bağçalar arasında turnir keçirilirdi. Məhəmməd həmin vaxt birinci yeri tutmuşdu. Ondan sonra bağça bitdi. Şahmat elə idman növüdür ki, uşağın özünün istəyi olmalıdır. Həvəsi var idi, Ceyhun müəllim də şahmatı sevdirmişdi. Ötən il yaydan fərdi məşğul olmağa başladı. Artıq bir ildir. Həmin ildə də 4-cü dərəcəni aldı. Ardınca qışda üçüncü dərəcəni əldə etdi, bu ilin mayında isə ikinci dərəcəyə sahib çıxdı. İlk böyük yarışı isə "Baku Open" idi. Mayda təcrübə qazanması üçün bu yarışa qatıldı. Daha sonra bu ay Qaxda yeniyetmələr arasında olimpiadada iştirak etdi. Həmin turnirdə A və B qrupu var. 10 yaşadək uşaqlar B qrupunda mübarizə aparırdılar. Yarışda 11 oyuna 7 xal topladı ki, bu da öz yaşıdları arasında ən yüksək nəticə idi. U-8-də 150-yə yaxın iştirakçı var idi, burada isə ilk "11-lik"də oldu".

V.Mirzəliyev övladının hədəfləri haqda bunları deyib:

"Ailəmizdə və yaxın ətrafımızda şahmatla məşğul olan yoxdur. Biz ona dəstək oluruq. Şahmatı çox sevir. Önəmli olan yarışlarda daha çox iştirak edib təcrübə əldə etməkdir. Yanvarda Bakı çempionatı keçiriləcək. O turnirə hazırlaşır. İkinci dərəcə olduğu üçün turnirə yarımfinal mərhələsindən başlayacaq. İlkin hədəf final raunduna yüksəlməkdir. Beynəlxalq reytinqin açılması ilə bağlı reytinq turnirlərində də iştirakı planlaşdırılır. Müəllimi potensialının yüksək olduğunu söyləyib. Bunu biz də hiss edirik. Bakı çempionatı və növbəti Şahmat Olimpiadasında yaxşı nəticə göstərmək hədəflərdən biridir".

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Fərdi
Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Fərdi
Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir