"Sumqayıt" Belarus klubunun avrokubokda qrup oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə ilkin razılıq verib

"Sumqayıt" Belarus klubunun avrokubokda qrup oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə ilkin razılıq verib

"Sumqayıt" Belarusun "Dinamo" (Minsk) klubunun avrokubokların qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə ilkin razılıq verib.

Bu barədə "Report"a Sumqayıt təmsilçisinin mətbuat katibi Zaur Xudiyev məlumat verib.

O, Belarus klubunun artıq rəsmi şəkildə müraciət etdiyini və hazırda danışıqlar aparıldığını vurğulayıb:

"Dinamo" klubu tərəfindən qrup oyunlarını Sumqayıt şəhər stadionunda keçirməsi ilə bağlı bizə rəsmi müraciət olunub. Onlara ilkin mərhələdə müsbət cavab vermişik, danışıqlar hazırda davam edir. Stadionda qrup oyunlarının keçirilməsi məsələsi olduğuna görə, UEFA da danışıqlar prosesinə qoşulub. Bu səbədən qurum tərəfindən stadionda daha bir dəfə yoxlama aparılacaq. Məncə, problem olmamalıdır, icazə veriləcək. İki tərəf arasında razılıq əldə olunacağı təqdirdə, Minsk klubu qrup oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirə bilər".

Qeyd edək ki, "Dinamo" Avropa Liqasının pley-off mərhələsində Belçika klubu "Anderlext"lə qarşılaşacaq. Komanda qələbə qazanacağı təqdirdə Avropa Liqasının, uduzarsa, Konfrans Liqasının qrupunda mübarizə aparacaq.

Xatırladaq ki, UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrini qadağan edib. Bu səbəbədən 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" klubu Bosniya və Hersoqovina təmsilçisi "Jelezniçar"la cavab oyununu Bakıda keçirib.

Futbol
Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
"Kadis"in üç oyunçusu "Real Madrid"in futbolçusu ilə dava edib

"Kadis"in üç oyunçusu "Real Madrid"in futbolçusu ilə dava edib

Futbol
Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Futbol
Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
İlin ən çox qazanan futbolçuları açıqlanıb

İlin ən çox qazanan futbolçuları açıqlanıb

Futbol
UEFA Çempionlar Liqasının final oyununu ABŞ-da keçirmək istəyir

UEFA Çempionlar Liqasının final oyununu ABŞ-da keçirmək istəyir

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür