Paris-2024-də günün yekunu: Azərbaycan üçün tarixi nəticə və daha bir medal 

Paris-2024-də günün yekunu: Azərbaycan üçün tarixi nəticə və daha bir medal 

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycan daha bir medal əldə edib.

“Report” xəbər verir ki, sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda yarışda qələbə qazanmaqla Azərbaycanın aktivinə növbəti mükafatı əlavə edib.

Bu gün mübarizəyə başlayan Maqomedxan Maqomedov (97 kq) yarımfinalda məğlub olub. Təmsilçimiz sabah bürünc medal qazanmaq şansından maksimum yararlanmağa çalışacaq.

Qızıl medal qazanacağına böyük ümidlər bəslənilən Hacı Əliyev isə Paris olimpiadasını mükafatsız başa vurub. 1/4 finalda uduzduğu rəqib finala vəsiqə qazana bilmədiyindən güləşçimiz Fransadan əliboş dönməli olub.

Bu gün Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da səhnəyə çıxıb. Ən güclü “8-lik” arasında yer alan millimiz 66.450 xalla 5-ci pilləni tutub. Bu da Azərbaycanın indiyəqədərki ən yüksək nəticəsi kimi tarixə düşüb. Daha əvvəl bədii gimnastika komandamız Pekin-2008-də 7-ci, Tokio-2020-də isə 10-cu yeri tutmuşdu.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq)isə bürünc medala sahib çıxıb.

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Fərdi
Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Fərdi
“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub