Azərbaycan Minifutbol Federasiyasının rəsmisi: Yeni mövsümdə 16 klubun iştirakı planlaşdırılır

Azərbaycan Minifutbol Federasiyasının rəsmisi: Yeni mövsümdə 16 klubun iştirakı planlaşdırılır

Yeni mövsümdə 16 klubun iştirakı planlaşdırılır.

Bunu “Report”a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yeni mövsümlə bağlı danışarkən deyib.

Federasiya rəsmisi çempionata yeni komandaların qatıla biləcəyini istisna etməyib:

“Say baxımından dəyişiklik gözlənilmir. Əsasən ötən il oynayan komandalara üstünlük verəcəyik. Kim qatılmaq istəməsə, əvəzinə başqa komandalar nəzərdən keçiriləcək. Lakin hazırda çempionata qatılmamaqla bağlı bizə müraciət olmayıb. Çox güman, “Aznur”, “Zirə”, “Birbaşa” komandaları qalacaq. “Aznur”la “Birbaşa Bakı” Çempionlar Liqasında iştirak edəcəklər və buna hazırlıq görürlər. Amma rəsmi şəkildə müraciət edən yoxdur. Şifahi danışıqlarımız olub. Məsələn, “Sumqayıt” hazırlıqlara başlayıb. “Siyəzən” və “Gəncə”nin yenidən çempionata qatılmaq ehtimalı var”.

O.Hüseynov çempionatın formatında dəyişiklik gözlənilmədiyini söyləyib:

“Çempionata oktaybrın 3 başlamaq, martda isə bitirmək istəyirik. Çünki millinin dünya çempionatına hazırlığı olacaq. Baş məşqçi Elşad Quliyev martdan etibarən hazırlıqlara başlamaq niyyətindədir. Çempionat davam edərkən millinin hazırlaşamsı çətin olur. Hər həftə oyunlar keçirilir, fasilə elə də çox deyil. Keçən il yarımfinallar aprelin sonunda bitdi. Yığma Monteneqroya təlim-məşq toplanışına yollandı. Azərbaycana qayıtdıqdan sonra futbolçular ölkə çempionatının finalında oynadı. Bu dəfə daha tez bitirmək istəyirik. Hesablamalarımıza görə çatdıra bilərik. 15 tur oynanılacaq. Yarımfinal və 1/4 final iki oyundan ibarət olacaq. Çempionat eyni formatda keçiriləcək”.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə oktyabrın 3-də start veriləcəyi rəsmən açıqlanıb.

Futbol
Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Futbol
Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Futbol
"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

Futbol
La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

Futbol
Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Futbol
"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub