"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çempionlar Liqasında belə səhvlərə yol vermək olmaz"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çempionlar Liqasında belə səhvlərə yol vermək olmaz"

"Hər bir oyunumuz finala bərabərdir. Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz".

"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Joze Alesio Da Silva İsveçin "Erebru" komandasına 2:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundan sonra deyib.

Braziliyalı mütəxəssis matçın yaxşı alındığını, amma səhvlərin çox olduğunu etiraf edib: "Buraxdığımız 5 qoldan 2-ni 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Müdafiədə çox səhvimiz oldu. Qol epizodları da yaratdıq, amma reallaşdıra bilmədik. Belədə cür nəticədən qaçmaq mümkün deyil".

O, hər iki komandanın bir-birini yaxşı analiz etdiyini bildirib: "Birinci hissədə 5 foul limitini doldurduq və sonra rəqibə 10 metrlik cərimə zərbəsi vurmaq imkanı yaratdıq. Onlar da bundan maksimum istifadə etdilər. Bilirik ki, işimiz çətin olacaq. Amma yarış davam edir. Yenidən komanda ilə söhbət edəcək, səhvləri göstərəcək və sabahkı oyuna hazırlaşacağıq".

Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də "Loznika Qrad"a qarşı keçirəcək.

Futbol
"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

Futbol
“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

Futbol
Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Təbriz klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub

Təbriz klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub