AVRO-2024: İspaniya millisi rekorda, İngiltərə ilk çempionluğa doğru

AVRO-2024: İspaniya millisi rekorda, İngiltərə ilk çempionluğa doğru

Almaniyada təşkil olunan Avropa çempionatının finalında bu gün İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.

“QELEBE.AZ” xəbər verir ki, bu, komandaların Avropa və dünya çempionatlarının final mərhələlərində üçüncü dueli olacaq.

İlk dəfə 1980-ci ildə Avropa çempionatının final mərhələsində eyni qrupa düşən komandaların görüşündə İngiltərə millisi 2:1 hesablı qələbə qazanıb. Rəqiblərin növbəti qarşılaşması 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının 1/4 finalına təsadüf edib. Görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitdiyindən qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Burada isə İngiltərə millisi zərbələri daha dəqiq yerinə yetirib - 4:2.

AVRO-2024-ün finaldakı iştirakçıları indiyə qədər ümumilikdə 27 dəfə üz-üzə gəlib. Əksəriyyəti yoldaşlıq xarakteri daşıyan bu görüşlərin 10-u İspaniya, 13-ü isə İngiltərə millisinin qələbəsi ilə yekunlaşıb. Qalan 4 oyun heç-heçə nəticələnib. Komandalar sonuncu dəfə 2018-ci ildə UEFA Millətlər Liqasında görüşüb. Bu matçda İngiltərə 3:2 hesablı qələbə qazanıb. Vurulan qolların sayına gəlincə, İngiltərənin üstünlüyü nəzərə çarpır. Belə ki, indiyədək keçirilən matçlarda İngiltərə 45, İspaniya isə 32 dəfə fərqlənməyi bacarıb.

İndiyədək 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunun sevincini yaşayan Luis de La Fuentenin baş məşqçisi olduğu İspaniya millisi 4-cü titulu əldə etmək niyyətindədir. Bu baş verərsə, ispanlar həm də ən çox Avropa çempionluğunu qazanan komanda rekordunu qıracaq. Hazırda isə həm İspaniya həm də Almaniya millilərinin hərəyə 3 belə uğuru var.

AVRO-2024-ün B qrupunda İtaliya, Xorvatiya və Albaniya ilə mübarizə aparan İspaniya yığması hər üç rəqiblə görüşdə qapısından qol buraxmadan qələbə qazanaraq 1/8 finala yüksəlib. Bu mərhələdə Gürcüstan millisini məğlub edən komanda 1/4 finalda Almaniyaya əlavə vaxtda vurduğu qol sayəsində adını yarımfinala yazdırıb. İspaniya yarımfinalda Fransa yığmasına 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Tarixində 5-ci dəfə Avropa çempionatının finalında çıxış edəcək “Öküzlər” son 5 turnirin 3-də həlledici qarşılaşmada oynamağı bacarıb.

Qaret Soutqeytin rəhbərlik etdiyi İngiltərə millisi isə ilk Avropa çempionluğunu əldə etməyə çalışacaq. AVRO-2024-də Danimarka, Sloveniya və Serbiya ilə birlikdə yer aldığı C qrupunu 5 xalla lider kimi başa vuran İngiltərə 1/8 finalda Slovakiyaya rəqib olub. 90+5-ci dəqiqədə Cud Bellinqemin baxımlı qolu, əlavə vaxtda isə Harri Keynin fərqlənməsi sayəsində 1/4 finala vəsiqə qazanan komanda bu mərhələdə İsveçrə ilə üz-üzə gəlib. Rəqibini penaltilər seriyasında məğlub edən Q.Soutqeytin baş məşqçisi olduğu kollektiv yarımfinalda Niderlandla qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq finalda İspaniyaya rəqib olub. Ardıcıl ikinci dəfə Avropa çempionatının həlledici matçında mübarizə aparacaq Q.Soutqeytin komandası sonuncu dəfə İngiltərədə keçirilən AVRO-2020-nin finalında çıxış edib və İtaliya millisinə penaltilər seriyasında məğlub olub.

AVRO-2024-ün startından bəri İspaniya millisindən Dani Olmo, İngiltərədən isə Harri Keyn hərəyə 3 qolla bombardirlər siyahısında yer alıb.

Qeyd edək ki, Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Fransua Leteksye (Fransa) olacaq.

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Futbol
Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Futbol
Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Futbol
Ötən ilin simvolik komandası açıqlanıb

Ötən ilin simvolik komandası açıqlanıb

Futbol
Ronaldu DÇ-2022-nin qrup mərhələsində ən pis oyunçuların simvolik komandasına daxil edilib

Ronaldu DÇ-2022-nin qrup mərhələsində ən pis oyunçuların simvolik komandasına daxil edilib

Futbol
"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb