"Bavariya" klubu hücumçusunu satıb
Almaniyanın "Bavariya" klubu hücumçusu Yusuf Kabadayını "Auqusburq"a satıb.
"QELEBE.AZ" Münhen təmsilçisinin mətbuat xidmətinə istnadən xəbər verir ki, 20 yaşlı almaniyalı futbolçu ilə müqavilə müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Y.Kabadayı "Bavariya"nın yetirməsidir. Ötən mövsüm "Şalke 04" klubunda icarə əsasında çıxış edən forvard II Bundesliqada 23 matçda 4 qol vurub.

https://qelebe.az//uploads/photo/bavariya-klubu-hucumchusunu-satib.webp











