Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefa verib
Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefa verib.
"QELEBE.AZ" "Tanjug" agentliyinə istinadən xəbər verir ki, yığmanın Almaniyada keçirilən Avropa çempionatında uğursuz çıxışından sonra qurumun vitse-prezidenti Branislav Nedimoviç və baş katibi Yovan Surbatoviç tutduqları postdan ayrılıblar.
Qeyd edək ki, Serbiya yığması AVRO-2024-də yer aldığı C qrupunu 2 xalla sonuncu pillədə tamamlayaraq turnirlə vidalaşıb.

https://qelebe.az//uploads/photo/serbiya-futbol-ittifaqinin-vitse-prezidenti-ve-bash-katibi-istefa-verib.webp











