AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub
Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununun vaxtı bəlli olub.
"QELEBE.AZ"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu yığma 2023-cü il martın 24-də səfərdə Avstriya ilə üz-üzə gələcək.
Milli oktyabrın 16-da Bakıda eyni kollektivlə görüşəcək.
Sentyabrın 9-da Belçikanı qəbul edəcək komanda noyabrın 19-da son qarşılaşmasında eyni rəqiblə səfərdə üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/avro-2024-azerbaycan-millisinin-ilk-ve-sonuncu-oyununun-vaxti-belli-olub.webp











