Azərbaycanın dünya və Avropa çempionu: İngiltərə millisi nəticəyə oynayır

Azərbaycanın dünya və Avropa çempionu: İngiltərə millisi nəticəyə oynayır

İngiltərə millisi nəticəyə oynayır. Qrupdakı son oyunda 1 xal qazansalar, növbəti mərhələyə yüksələcəklər.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Almaniyada təşkil olunan Avropa çempionatında komandaların çıxışını dəyərləndirərkən deyib.

Mütəxəssis xüsusən İngiltərənin oyununa toxunub: “Düşünmürəm ki, potensialları bura qədərdir. Sadəcə, qrup oyunları bir qədər kəşfiyyat xarakterli olur. Bəzi komandalar qrupda yaxşı çıxş etməsələr də, nəticəyə oynayırlar. Amma sonradan öz oyunlarını tapırlar”.

O, İngiltərənin intizamlı komandalardan ibarət qrupa düşdüyünü qabardıb: “Elə dünən oynadıqları Danimarkanı götürək. Çox yaxşı rəqibdir. O cümlədən Serbiya və Sloveniya da zəif deyillər. Məncə, çempionatın ən möhkəm qruplarındandır. İntizamlı komandalar yer alıb. İngiltərə millisi meydanda dominant olmağı sevirsə, digər rəqiblər yaxşı müdafiə formalaşdıraraq onları əks-hücumlarda yaxalayırlar. Məncə, İngiltərənin zəif nöqtələrindən biri müdafiənin mərkəzidir. Həmin mövqedə axsamalar görünür. Lakin hücum potensialları yaxşıdır, hər oyun qol vururlar”.

SSRİ-nin yeniyetmələrdən ibarət millisinin heyətində dünya və Avropa çempionu olan A.Əsədov bəzi favoritlərin hələ də öz oyunlarını tapmadıqlarını düşünür: “Fransa hələ istədiyimiz oyunu göstərmir. İtalyanlar əziyyət çəkirlər. Hazırda İspaniya və Almaniya komandaları baxımlı oyuna görə seçilirlər. Bəzi favoritlər sanki öz oyunlarını tapmayıblar. Amma qrupdan çıxdıqdan sonra artıq fərqli oyun tələb olunur. Fikrimcə, məhz həmin vaxt tam başqa İngiltərə görəcəyik. İstənilən halda, İngiltərə Avropa çempionu olmağa namizədliyini qoruyub saxlayır”.

Qeyd edək ki, AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Futbol
DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

Futbol
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
Azərbaycan millisinin qapıçısı zədələnib

Azərbaycan millisinin qapıçısı zədələnib

Futbol
Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Futbol
Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Futbol
"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

Futbol
Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Futbol
Premyer Liqa: Birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar

Premyer Liqa: Birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar