AVRO-2024: Bu gün daha 3 oyun keçiriləcək

AVRO-2024: Bu gün daha 3 oyun keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.

"QELEBE.AZ" xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları reallaşacaq.

Günün ilk matçında - A qrupunun oyunları çərçivəsində Macarıstan və İsveç futbolçuları münasibətlərinə aydınlıq gətirəcək. Köln şəhərində baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək.

Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00 - da start götürəcək matçda İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

AVRO-2024
A qrupu, I tur

15 iyun

17:00. Macarıstan - İsveç
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.

B qrupu, I tur

20:00. İspaniya - Xorvatiya

Baş hakim: Maykl Oliver (İngiltərə).

Berlin, Olimpiya stadionu

B qrupu, I tur

23:00. İtaliya - Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park" stadionu

Futbol
AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Futbol
"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

Futbol
"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

Futbol
AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
"Marca": Minyole "Qarabağ" kabusunu unutdurdu

"Marca": Minyole "Qarabağ" kabusunu unutdurdu

Futbol
La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb