AVRO-2024: Almaniya millisi açılış görüşündə böyükhesablı qələbəyə sevinib - YENİLƏNİB - 6

AVRO-2024: Almaniya millisi açılış görüşündə böyükhesablı qələbəyə sevinib - YENİLƏNİB - 6

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

"QELEBE.AZ" xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.

Münhendəki "Allianz Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.

Qarşılaşmada hesabı almanların heyətində 10-cu dəqiqədə Florian Virts açıb. 9 dəqiqə sonra Jamal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb. 45+1-ci dəqiqədə Kai Havertz Şotlandiyanın qapısına üçüncü dəfə yol tapıb. İkinci hissəyə də aktiv başlayan almanlar 68-ci dəqiqədə Niklas Fullkruqla daha bir qola seviniblər. Final fitinə 3 dəqiqə qalmış şotlandlar buraxılan qollardan birinin əvəzini çıxıb. Antonio Rudiger avtoqol müəllifi olub. Matçda yekun hesabı isə 90+3-cü dəqiqədə fərqlənən Emre Can təyin edib.

Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

00:51

Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Şotlandiya millisi buraxılan qollardan birinin əvəzini çıxıb.

"QELEBE.AZ" xəbər verir ki, Almaniyanın heyətində 87-ci dəqiqədə Antonio Rudiqer avtoqol müəllifi olub - 4:1.

Qarşılaşma davam edir.

00:32

Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi Şotlandiyanı 4-cü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

"QELEBE.AZ" xəbər verir ki, Niklas Fullkruq 68-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü bir qədər də artırıb - 4:0.

Qarşılaşma davam edir.

00:12

Futbol üzrə XVII Avropa çempionatının açılış matçı olan Almaniya - Şotlandiya matçında ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, fasilədən sonra meydan sahibləri 3:0 hesabı ilə öndədir.

Şotlandiyanın heyətində Rayan Porteus qırmızı vərəqə aldığı üçün ikincilər oyunu 10 nəfərlə davam etdirir.

23:52

Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi üçüncü qolu vurub.

"QELEBE.AZ" xəbər verir ki, 45+1-ci dəqiqədə Kai Havertz penalti zərbəsini dəqiq yerinə yetirib.

Penaltiyə səbəb olan Rayan Porteus qırmızı vərəqə ilə cəzalandırılıb.

Almaniya - Şotlandiya matçında ilk hissə bu hesabla yekunlaşıb.

23:21

Futbol üzrə XVII Avropa çempionatının ilk oyununda ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, A qrupunun Almaniya - Şotlandiya matçında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər.

10-cu dəqiqədə Florian Virç Şotlandiya seçməsinin qapısına yol tapıb. 9 dəqiqə sonra Jamal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

23:03

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

"QELEBE.AZ" xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşır.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

Futbol
Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Futbol
Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Futbol
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Futbol
"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Futbol
Premyer Liqa: "Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib

Premyer Liqa: "Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib

Futbol
"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb