Region Liqasından Azərbaycanın II Liqasına yüksələn komandaya pul mükafatı veriləcək

Region Liqasından Azərbaycanın II Liqasına yüksələn komandaya pul mükafatı veriləcək

AFFA Region Liqasından Azərbaycanın II Liqasına yüksələn “Hypers” klubuna pul mükafatı veriləcək.

Bunu “Report”a açıqlamasında “Şəfa” klubu ilə pley-off matçından sonra II Liqaya vəsiqə qazanan komandanın oynayan baş məşqçisi Vüqar Nadirov deyib.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu iki oyunun nəticəsinə görə (2:0, 2:1) üstələdikləri “Şəfa” klubu ilə həlledici matç barədə danışıb: “Bilirdik ki, rəqibimiz yaxşı komandadır, gənc heyəti, həm də II Liqa təcrübəsi var. Məqsədimiz II Liqaya yüksəlmək idi. Region Liqasının finalında uduzduq. Buna baxmayaraq, növbəti şans yarandı, pley-off oynadıq. Bundan istifadə edib II Liqaya vəsiqə qazandıq”.

Nadirov “Şəfa” klubu ilə son görüşdə qol vurmasına münasibət bildirib: “Həm qol vurdum, həm də məhsuldar ötürmə etdim. Meydana çıxdınsa, qaçmalısan. Yaşın fərqi yoxdur. Təsəvvür edin ki, 57 yaşlı Mayk Tayson gənc boksçu ilə rinqə çıxacaq. Təcrübə amili də var. Gənclər həvəsli, aqressiv olurlar. Təcrübə isə başqadır. Qol vurmağım, ötürmə etməyim bütün kollektivin əməyidir. 35 nəfərlik heyətimiz vardı. Dostlarım da kənardan dəstək oldular. Klub prezidenti Ayaz Abdullayev də çalışır ki, komandanın yanında olsun. Yumruğu bir nöqtəyə vurduq və istəyimizə çatdıq. Çalışacağıq II Liqada “Hypers”in adını uca edək”.

V.Nadirov hazırlıq planı və stadion problemi barədə fikirlərini bölüşüb: “Bəzi futbolçularla yola davam edəcəyik, bəziləri ilə vidalaşacağıq. AFFA Region Liqası ilə II Liqa fərqli turnirlərdir. Durumumuza baxacağıq. Gənc və təcrübəli futbolçular dəvət edəcəyik. Köklü və ya az dəyişikliklər ola bilər. Stadion məsələsi ilə bağlı danışıqlar gedir. Hələ ki, yekun qərar yoxdur. Büdcəmizin necə olacağını, AFFA-nın qərarlarını gözləyirik”.

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Futbol
DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

Futbol
“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

Futbol
Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun "Sent Etyen"lə müqavilə tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun "Sent Etyen"lə müqavilə tarixi açıqlanıb

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Futbol
AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb

AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub