“Şamaxı” rəsmisi: Ayxan Abbasovdan başqa danışıq apardığımız mütəxəssis yoxdur

“Şamaxı” rəsmisi: Ayxan Abbasovdan başqa danışıq apardığımız mütəxəssis yoxdur

Hazırda Ayxan Abbasovdan başqa danışıq apardığımız mütəxəssis yoxdur.

Bunu “QELEBE.AZ”a açıqlamasında baş məşqçi axtarışlarını davam etdirən “Şamaxı” klubunun baş meneceri Kamran İsmayılov deyib.

Klub rəsmisi bir neçə gün öncə vəzifəsindən ayrılan Ramiz Məmmədovun əvəzinə “Turan Tovuz”un sabiq baş məşqçisi Ayxan Abbasovla danışıqlar apardıqlarını təsdiqləyib: “Ramiz Məmmədovla müqavilə uzadılmadı. Yeni məşqçi barəsində konkret nöqtə qoyulmayıb. Gizlətmirəm, Ayxan Abbasovla danışıqlarımız davam edir. Müəyyən suallar qalıb. Danışıqlarımız müsbət yekunlaşa və bitə bilər. Ortaq məxrəcə gəlmək istəyirik”.

K.İsmayılov Ramiz Məmmədovun İdarə Heyətinin sədri kimi daha önəmli işlər gördüyünü vurğulayıb: “Ramiz Məmmədov hələ baş məşqçi vəzifəsinə gətirilməmişdən əvvəl klubda çalışırdı. Çətin dönəmdə komandanı götürüb bəlli nöqtəyə gətirdi. İdarə Heyətinin iclasında qərar qəbul olunub. Ramiz Məmmədov İdarə Heyətinin sədr müavini kimi daha önəmli işlər görür”.

Klub rəsmisi heyətdə mümkün dəyişikliklərə toxunub: “Səhv etmirəmsə, 12-13 futbolçunun müqaviləsi davam edir. Hər biri komandadadır. Baş məşqçi məsələsinə nöqtə qoyandan sonra transfer məsələlərinə yenidən baxılacaq. Kimlərisə icarəyə göndərə və ya yolları ayıra bilərik. Bunlar hamısı hüquqi çərçivədə olacaq”.

Qeyd edək ki, "Şamaxı" Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə iştirak hüququ qazanıb.

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri bəlli olub

Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri bəlli olub

Futbol
"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

Futbol
Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Futbol
UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

Futbol
Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Futbol
Simone İnzagi:  "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Simone İnzagi: "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Futbol
KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

Futbol
DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Futbol
PFL stadionlardakı projektor problemini həll etmək istəyir

PFL stadionlardakı projektor problemini həll etmək istəyir

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub