Azərbaycan futbolunun inkişafı ilə bağlı 4 təklif irəli sürülüb

Azərbaycan futbolunun inkişafı ilə bağlı 4 təklif irəli sürülüb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov Azərbaycan futbolunun inkiaşfı ilə bağlı 4 təklif irəli sürüb.

O, "QELEBE.AZ"a açıqlamasında birinci növbədə ilkin seçimin düzgün olmasının vacibliyini vurğulayıb.

BŞGİBİ rəsmisi bildirib ki, valideynin əlindən tutub futbola gətirdiyi uşaqda istedad, yaş, boy, genetik kod, xüsusi dözümlülük və bölgə təmsilçiliyi əsas götürülməlidir: "İkincisi, peşəkar futbolçulardan, veteranlardan daha çox faydalanmaq lazımdır. Tək Müşahidə Şurası üzvü formasında yox. Ümumiyyətlə, təklif edərdim ki, ictimai nəzarət şurası olsun və müxtəlif bölgələrin ziyalı təbəqəsi də o şurada təmsil olunsun. Üçüncüsü, Şimal və Cənub bölgəsi futbola gəlməlidir. 10 komandaya gəlib çatmışıq, indi 12-ni hədəfləməliyik. Azarkeş amili və tarixi ənənəyə görə Şimal və Cənub bölgələrinin adlarını çəkdim. Bununla həm futbolda, həm də azarkeş amilində rəqabət yaranacaq və nəticədə milliyə də yaxşı futbolçular verəcəyik".

Abbasov 4-cü təklif kimi sağlam tənqidi göstərib: "Məğlubiyyətlər düzgün təhlil olunmalıdır ki, qələbəyə gedən yolda bizə kömək olsun. Heç bir millət, xalq, komanda uduzmaq istəmir. Amma yetər artıq, biz də yeni mərhələyə keçməliyik. “Qarabağ”ın uğurları artıq azarkeşlər üçün azlıq edir. Biz bunu “Neftçi”dən, “Kəpəz”dən, “Turan Tovuz”dan, “Sumqayıt”, “Qəbələ”dən və digər klublarımızdan da gözləyirik. Ən əsası, bunu millidən gözləyirik. Qoy, 17 yaşlılardan başlayaq, mərhələ-mərhələ ümidlənək. Həmçinin də qadın futbolunda. Necə ki, mini-futbol üzrə milli komanda bunu etdi, minlərlə gənc, yeniyetmə futbola gəldi. Peşəkar və sağlam tənqid, azarkeş kütləsi, güclü marketinq futbola böyük təsir edəcək".

"Mingəçevir Reqata"sının Suqovuşanda keçirilən ilk mərhələsi ilə bağlı təəssüratlarını da bölüşən idarə rəisi burada olmağın təkrarolunmaz hiss olduğunu söyləyib: "Buranın hər qarışı şəhid qanı ilə sulanıb. Suqovuşanda keçirilən hər bir yarışın xüsusi önəmi var. İkiqat sevindirici hal odur ki, bu yarış artıq ənənəvi hal alıb. Ümid edirik ki, burada gələcəkdə Azərbaycanı Avropa, dünya və Olimpiya Oyunlarında təmsil edəcək avarçəkənlərimiz yetişəcək. Ən azından hamıya mesaj veririk ki, biz dünyaya sülh gətirmişik. İşğaldan azad olunmuş ərazilərimizdə bu cür idman, eyni zamanda mədəni tədbirlərin keçirilməsi ilə biz həm də dünyaya qurucu, yaradıcı xalq olduğumuzu göstəririk".

O, gələcəkdə Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında və işğaldan azad olunmuş digər ərazilərdə idman yarışlarının keçirilməsinin mütləq və vacib olduğunu qeyd edib: "Cənab Prezident də bunu vurğulayıb. Havaya, iqlimə relyefə baxın. Burada gələcəkdə yarışlarla bərabər təlim-məşq toplanışları da olmalıdır. Çünki yüksək oksigen və dağ massivi olan ərazilərdə hazırlıq keçmək idmançıların fiziki dözümlülüyünü artırır. Qalır bu infrastrukturu qurmaq. Bunun üçün təkliflər də var. Burada qış idman növlərinin inkişafı üçün də bir çox işlər görmək olar".

Abbasov deyib ki, “İmarət” stadionunun bərpa olunması futbolun Ağdama gəlməsi deməkdir: "Layihələndirmə ümum Ağdam şəhəri üçün aparıldığından, “İmarət” buna qədər yerləşdiyi yerdən bir qədər fərqli ərazidə nəzərdə tutulub. Prezident İlham Əliyev də görüşü zamanı bunu vurğulayıb. Kompakt və təbii ot örtüyünü özündə əks etdirəcək arenanın, iqlim amilini də nəzərə alaraq, tək Ağdamın yox, ətraf bölgələrin komandalarının da təlim-məşq bazası rolunu oynaması məqsədəuyğun hesab olunur. Aydın məsələdir ki, qısa zamanda böyük stadionlar tikmək çətindir".

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Futbol
Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Futbol
DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

Futbol
Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Futbol
"İnter"in müdafiəçisi: "Azərbaycan yığması ilk hissədə bizdən yaxşı oynadı"

"İnter"in müdafiəçisi: "Azərbaycan yığması ilk hissədə bizdən yaxşı oynadı"

Futbol
Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Futbol
Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Futbol
Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib