“Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

"Report" Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən ABF İdarə Heyətinin üzvü Rövşən Hüseynov yarışın əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, “Heydər Əliyev Kuboku”ndan Avropa, dünya və Olimpiya mükafatçıları çıxıb.

İdman səfiri İlqar Qurbanov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev və turnirin supervayzeri Petr Vinnik də ənənəvi yarışın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıblar.

Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarış mayın 18-də başa çatacaq. Turnirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Qırğızıstan yığmaları güclərini yoxlayırlar. Onlar 13 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. 116 idmançının qatıldığı yarışda döyüşlər hər gün saat 14:00-da başlayacaq.

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Fərdi
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Fərdi
Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb