Azərbaycanın amputant millisinin futbolçusu: Fransada əsas hədəfimiz dünya çempionatına vəsiqə qazanmaqdır

Azərbaycanın amputant millisinin futbolçusu: Fransada əsas hədəfimiz dünya çempionatına vəsiqə qazanmaqdır

Fransada əsas hədəfimiz qrupdan çıxmaq və dünya çempionatına vəsiqə qazanmaqdır.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın amputant millisinin futbolçusu Fərhad Eyyubov deyib.

O, Türkiyədə keçirilən təlim-məşq toplanışında üç yoldaşlıq matçı keçirdiklərini söyləyib: “İyunun 1-8-i aralığında Fransanın Evian şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcəyik. Yarışa Avropanın ən güclü 16 yığması qatılacaq. Bu yarışa hazırlıq məqsədilə aprelin 23-dən mayın 7-nə qədər Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışı keçdik. "Orta Doğu Texniki Universiteti" və “TSK Reablitasiya Amputant” klubları ilə yoldaşlıq görüşləri keçirdik. İlk oyunda 2:7, ikinci matçda 0:3 hesabı ilə uduzduq. Üçüncü görüşdə isə həmin komandanı 3:1 udduq. Toplanış yüksək səviyyədə təşkil olunmuşdu. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bizə böyük dəstək verdi. Ümumiyyətlə, ANAMA və AFFA ilk gündən kömək edir. Gənclər və İdman Nazirliyi də müəyyən dəstək göstərib”.

Futbolçu Avropa çempionatında ilk “8-liy”ə düşməyi hədəflədiklərini vurğulayıb: “Mayın 14-dən 25-nə qədər ya Qəbələdə, ya da Qubada təlim-məşq toplanışı nəzərdə tutulub. Həmin vaxt Türkiyədən komanda gələcək və birlikdə çalışacağıq. Daha sonra Fransaya yollanacağıq. Millimiz Avropa çempionatının C qrupunda Türkiyə, İrlandiya və İsraillə mübarizə aparacaq. İlk “8-liy”ə düşən komanda dünya çempionatına birbaşa vəsiqə əldə edəcək. Millimiz Avropa çempionatının debütantlarındandır. Buna baxmayaraq, bayrağımızın zirvələrə qalxması üçün əlimizdən gələni edəcəyik. İlk “8-liy”ə düşə bilərik. Futbolçularımız özünə inanır, sona qədər mübarizə aparmağa hazırdırlar. Heyətin 95 faizi qazilərdən ibarətdir. Necə ki, məqsədimiz Qarabağda bayrağımızı ən yüksəyə qaldırmaq idi, eyni uğuru beynəlxalq yarışlarda da təkrarlamaq istəyirik”.

F.Eyyubov Azərbaycanda amputant futbolunun durumu barədə danışıb: “Hazırda “Neftçi”, “Kəpəz”, “Sumqayıt” və “Qarabağ”ın amputant futbol klubları var. Komandaların sayını artırıb, çempionat keçirmək, ölkədə amputant futbolunu tam peşəkar səviyyəyə çatdırmaq istəyirik. Əsas hədəflərimizdən biri müharibədə və adi həyatda sağlamlığını qismən itirən insanları futbola yönləndirmək, onları idmançı kimi yetişdirmək, beynəlxalq səviyyədə Azərbaycanı ən layiqli şəkildə təmsil etməkdir”.

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

Futbol
"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

Futbol
Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Futbol
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

Futbol
Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir çox klub bizə həsəd aparmalıdır"

"Qarabağ"ın futbolçusu: "Bir çox klub bizə həsəd aparmalıdır"

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib