AFF-nin seleksiyaçı-məşqçisi: Mənə elə gəlir, finalda “Araz-Naxçıvan” qələbə qazanacaq

AFF-nin seleksiyaçı-məşqçisi: Mənə elə gəlir, finalda “Araz-Naxçıvan” qələbə qazanacaq

Mənə elə gəlir, finalda “Araz-Naxçıvan” qələbə qazanacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasında (AFF) seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərən Ağatahir Əzimov ölkə kubokunun finalında baş tutacaq “Araz-Naxçıvan” - “Baku Fire” matçını dəyərləndirərkən deyib.

Mütəxəssis hər iki komandanın eyni səviyyədə olduğunu desə də, cüzi də olsa, “Araz-Naxçıvan”ı üstün sayıb: “Mövsümün sonudur, komandalar yorğundur. “Baku Fire”nin kuboku qazanmaq istəyi çoxdur. Çünki ölkə çempionu “Araz-Naxçıvan” olub. Çətin oyun olmalıdır”.

A.Əzimov “Araz-Naxçıvan”ın əvvəlki kimi güclü olmadığını bildirib: “Komandada 2-3 legioner qalıb, qalanları cavan uşaqlardır. “Baku Fire”nin heyətində isə təcrübəli azərbaycanlı futzalçılar var. Səhv etmirəmsə, bir braziliyalı legioner oynadırlar. Çempionatdakı qarşılaşmalarına baxdım. Demək olar, eyni səviyyədədirlər. “Araz-Naxçıvan”da legionerlər elə də güclü deyillər. Əvvəllər kiminləsə qarşılaşanda deyirdik ki, “Araz-Naxçıvan” 99 faiz qələbə qazanacaq. İndi isə belə deyil. “Baku Fire” də qələbə qazana bilər. “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Joze Alesio Da Silva azərbaycanlılara şans vermirdi, 8 braziliyalı ilə oynayırdı. Ancaq Vitali Borisov 3-4 braziliyalıya şans verir. Bu gün yığmada oynatmağa azərbaycanlı uşaq tapmaq olmur deyə, Borisov yerlilərə üstünlük vermək məcburiyyətindədir”.

Qeyd edək ki, futzal üzrə Azərbaycan Kubokunun final qarşılaşması bu gün, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək.

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
Qara Qarayev: "Olimpiakos" öz qapısı qarşısında ikiqat divar hörmüşdü"

Qara Qarayev: "Olimpiakos" öz qapısı qarşısında ikiqat divar hörmüşdü"

Futbol
"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

Futbol
Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Futbol
Pele yenidən xəstəxanaya yerləşdirilib

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol
Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub

Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub

Futbol
Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Futbol
Frayburq təəssüratları: Alman dəqiqliyi, alman istiliyi... - REPORTAJ

Frayburq təəssüratları: Alman dəqiqliyi, alman istiliyi... - REPORTAJ