Azərbaycan millisinin baş məşqçisi: Təzyiqin öhdəsindən gələ bilmədik

Azərbaycan millisinin baş məşqçisi: Təzyiqin öhdəsindən gələ bilmədik

Üzərimizdə olan təzyiqin öhdəsindən gələ bilmədik.

Bunu “Report”a açıqlamasında qılıncoynatma üzrə Azərbaycan millisinin baş məşqçisi Çingiz Mustafayev deyib.

O, yığma üzvlərinin Lüksemburqda keçirilmiş Avropa Olimpiya Təsnifat turnirindəki çıxışını dəyərləndirib: “Turnirdə iki qılıncoynadanla təmsil olunurduq. Kişi şpaqaçıların şəxsi yarışında Avropadan yeganə lisenziya uğrunda Ruslan Həsənov mübarizə aparırdı. Qrup mərhələsini uğurla başa vurub ilk pley-off görüşündən qələbə ilə ayrılsa da, turnirin gələcək finalçısı, Portuqaliya şpaqaçısına uduzdu. Hələ yarışdan öncə də şpaqada lisenziya qazanmaq şansımız böyük deyildi. Avropada kişi şpaqaçılar arasında böyük rəqabət var. Bu turnirdə sonuncu Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ukraynalı İqor Reyzlin kimi şpaqaçı 1/4 finalda mübarizəni dayandıraraq olimpiadadan kənarda qaldı”.

Təcrübəli mütəxəssis qadın sablyasında komanda növündə olimpiadaya lisenziya qazanmağa yaxın olduqlarını bildirib: “Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda iştirakdan sonra bunu reallaşdırmağın çətin olacağını bilirdik. Burada çox böyük rəqabət var idi. Avropadan vəsiqə uğrunda İtaliya və Ukrayna kimi millilərlə mübarizə aparırdıq. İtaliya qılıncoynatmanın vətəni sayılır. Burada bu idman növünün qədim və güclü ənənələri var. Ukraynanın heyətində iki olimpiya mükafatçısı yer almışdı. Məncə, yalnız Olqa Xarlanın adını çəkmək kifayət edər. Döyüşkən heyətə malik olsaq da, məncə, sonda psixoloji baxımdan düzgün hazırlaşa bilmədik. Yekun sıralamaya baxanda, Çin, Yunanıstan, Almaniya və Polşa kimi güclü komandaları qabaqlamağı bacardığımızı görürük. Bu isə komadanın potensialından xəbər verir. Lakin istənilən halda, komanda növündə lisenziya şansından istifadə edə bilmədiyimizə görə üzgünəm”.

Ç.Mustafayev əsas medal ümidlərimizdən biri olan Anna Baştanın qadın sablyaçıların şəxsi yarışına yaxşı hazırlaşdığını, lakin turnirin gedişində zədələndiyini söyləyib: “Anna Avropa Olimpiya Təsnifat turnirinə çox yaxşı hazırlaşmışdı. Qrup mərhələsini də böyük inamla, mütləq qalibiyyətlə başa vurdu. Ardıcıl 5 qələbə qazandı. Bir sözlə, çox yaxşı start götürmüşdü. Lakin mövsümün gedişində olduğu kimi, sanki zədə onu təqib edir. Zədə səbəbindən polşalı Malqorzata Kozaczuk ilə görüşü davam etdirə bilmədi. Halbuki buna qədər dəfələrlə həm komanda, həm də şəxsi yarışda onu məğlub etmişdi. Onun digər ayağında, dizində və əzələsində olan zədəsinin müalicəsi ilə məşğul olsaq da, görüşün əvvəlində, hesabda irəlidə olarkən digər ayağından zədə aldı. Yəqin kadrlarda da görmüsünüz, idmançımız zədə alsa da, sonadək, ayaqda dayana bildiyi qədər mübarizə apardı. Hamımız məyusuq. Anna Başta Avropa çempionu, dünya çempionatının finalçısı olub. Mövsümün əvvəlində zədədən əziyyət çəksə də, yenidən optimal formasını yığmağa başlayırdı və son turnirdə zədə ilə bağlı bəxtsizlik olmasaydı, lisenziya qazanacağına böyük inam var idi”.

Fərdi
Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Fərdi
Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Fərdi
"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

Fərdi
Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

Fərdi
Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb