Azərbaycan Şahmat Federasiyasının prezidenti Nicat Abasovun çıxışını dəyərləndirib

Azərbaycan Şahmat Federasiyasının prezidenti Nicat Abasovun çıxışını dəyərləndirib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasovun çıxışını dəyərləndirib.

“Report”un AŞF-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qurum rəsmisi N.Abasovun uğur qazanacağına əminliyini ifadə edib: “İcraiyyə Komitəsinin iclasında şahmatçımızın zəngin hazırlıq mərhələsində iştirakı qeyd olundu. Artıq onun məşqçilərinin adı sirr deyil. Nicatla birgə Torontoya yollanan Şəhriyar Məmmədyarov sekundant-məşqçi kimi Nicata dəstək olur. Hazırlığa istedadlı şahmatçımız Abdulla Qədimbəyli də cəlb olunmuşdu. Dünyanın aparıcı şahmat mütəxəssisləri Vladimir Çuçelov və Boris Qelfand kimi şahmatda tanınan adlar Nicatın hazırlığında iştirak ediblər”.

M.Məmmədov tanınmış mütəxəssislərin Bakıya səfəri barədə danışıb: “İlk növbədə Azərbaycanda da təcrübəli məşqçilərin olduğunu qeyd etməliyəm. Yaxşı məşqçilərimiz olmasaydı, bu sayda istedadlı şahmatçılar inkişaf etməzdi. Bununla yanaşı, dünya şahmat təcrübəsi bizə çox vacibdi. Vladimir Çuçelov və Boris Qelfand kimi mütəxəssislərin ölkəmizə səfəri sıradan hadisə deyil. Nicat Abasovun hazırlıq dövrünə təsadüf etdiyi üçün həm onunla təlim-məşq toplanışında iştirak etdilər, həm də gənclərə seminarlar, təkbətək məşğələlər keçirildi. Mütəxəssislərin ikinci səfəri zamanı verilən tapşırıqlara əməl olunması yoxlanıldı, o cümlədən hazırlığın monitorinqi aparıldı. Hazırda Qelfand və Çuçelov şahmatçılarımızla məşqləri həm onlayn, həm də əyani şəkildə davam etdirirlər”.

O, İcraiyyə Komitəsinin iclasında müzakirə edilən məsələlərə toxunub: “İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclasında mühüm məsələlər müzakirə edildi. İlk növbədə növbəti konfransın mayda keçirilməsi barədə razılığa gəldik. Gələcəkdə yığmaların tərkibinin müəyyənləşməsində Azərbaycan çempionatında iştirakın vacib hesab edilməsiylə bağlı müzakirə oldu. AŞF rəhbərliyi növbəti illərdə bütün aparıcı şahmatçıların ölkə çempionatında iştirakına nail olmağa çalışır. 2025-ci ildən milli komandaların formalaşmasında Azərbaycan çempionatında iştirak amilinin əsas götürülməsini istəyirik. Sözsüz, şahmatçının beynəlxalq yarışlarda uğurlu iştirakı, reytinqi də vacibdir. Amma ölkə çempionatında mübarizə aparması da əsas amillərdən biri olacaq. İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırılması məsələsi geniş müzakirə olundu. Vacib məsələlərdən biri İcraiyyə Komitəsi üzvlərinin federasiyanın komissiyalarının işində iştiraka cəlb olunması idi. Hər bir üzvə müəyyən sahəni həvalə etdik, bundan sonra komissiyaların işi kurasiya olunacaq və birgə çalışacaqlar".

AŞF rəhbəri federasiyanın nəzdində fəaliyyət göstərən Şahmat Akademiyası barədə də məlumat verib: “Ölkəmizin gənc istedadlı şahmatçılarının hazırlığını düzgün istiqamətləndirmək üçün federasiya nəzdində Şahmat Akademiyasının yaranması barədə elan verildi. Akademiyanın işinə böyük ümidlər var. Burada Azərbaycanın tanınmış məşqçiləri müxtəlif yaş kateqoriyalarında gənclərlə təcrübələrini bölüşürlər. Fərqlənən şahmatçıların yarışlarda iştirakını təmin etmək barədə düşünürük. Ümumiyyətlə, şahmatçılara ustalığını artırmaq üçün dövlət və federasiya tərəfindən lazımi şərait yaradılır. Şahmatçılarımızın həm ölkədə keçirilən, həm də beynəlxalq turnirlərdə iştirakı təmin olunur. Azərbaycan çempionatının mükafatçıları dünya və Avropa çempionatlarına ezam edilir. Bundan əlavə, müəyyən reytinqə malik şahmatçıların kommersiya turnirlərində iştirakına maliyyə ayrılır”.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Turab Teymurov: “Formula 1"lə müqavilənin yenilənməsi ilə bağlı danışıqlar davam edir”

Turab Teymurov: “Formula 1"lə müqavilənin yenilənməsi ilə bağlı danışıqlar davam edir”

Fərdi
"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

Fərdi
Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Fərdi
Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Fərdi
ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb