Bolqarıstan millisinin baş məşqçisi: Azərbaycan millisi Monqolustanla matçda layiqli qələbə qazanıb

Bolqarıstan millisinin baş məşqçisi: Azərbaycan millisi Monqolustanla matçda layiqli qələbə qazanıb

Azərbaycan millisi Monqolustanla matçda layiqli qələbə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, bunu Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev "FIFA series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: "Azərbaycanın Monqolustan millisi ilə oyununu izləmək imkanım olmadı. Yalnız sonradan matçın fraqmentlərini izləyə bildik. Amma onlar dominant oyun sərgiləyərək, layiqli qələbə qazandılar".

Baş məşqçi Bolqarıstanda çıxış edən Azərbaycanlı futbolçu Cəlal Hüseynov barədə fikirlərini bildirib: "Əlbəttə, onu tanıyıram. İstedadlı futbolçudur. Onu inkişaf etdirib daha yaxşı vəziyyətə gətirmək istəyirəm".

Azərbaycan millisinin Bolqarıstanla matçda uğursuz seriya ilə bağlı mütəxəssis bunları bildirib: "Əminəm ki, bu turnir bizə kömək olacaq. Rəqibin oyunlarını izləmişik. Güclü və zəif tərəflərini bilirik. Bu seriyanın davam edəcəyinə inanıram".

Sabahkı oyunda uğursuzluq tənqidə səbəb ola biləcəyi sualını baş məşqçi belə şərh edib: "Serbiya və Macarıstanla matçlarda pozitiv oynadıq. Tanzaniyaya qarşı da yaxşı çıxış etdik. Tənqidlər faktlar üzərində qurulur. Sabahkı matçda biz xarakter göstərəcəyik.
Təkcə nəticə üzərində fikir yürütmək olmur. Bu haqda düşünmürük".

İliyev Bakıdakı şərait və stadionun infrastrukturu haqqında fikirlərini bildirib: "Təşkilatçılıq yüksək səviyyədədir. Yarışa qatılmaq şərtimiz Bakıda hər şeyin peşəkar səviyyədə təşkil olunması idi. Biz bunu gördük. Azərbaycan yaxşı iş görür".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Futbol
Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Futbol
Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Futbol
Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Futbol
Avropa Liqasında V tura yekun vurulub

Avropa Liqasında V tura yekun vurulub

Futbol
Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Futbol
"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

Futbol
“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb