Qurban Qurbanov: İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu

Qurban Qurbanov: İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu

İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun səfər görüşünün 62-ci dəqiqəsində Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərdiyi epizodu dəyərləndirib. O, referinin qərarı ilə razılaşmayıb: “İngiltərə Premyer Liqasında həmin epizodda, bəlkə də, heç cərimə zərbəsi təyin etmirlər. VAR dəvət etdi, ancaq yenə də söz sahibi baş hakim idi. Futbol mübarizə oyunudur. Belə matçlarda bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm”.

52 yaşlı çalışdırıcı mərhələ adlamaq şansını son anda əldən verdiklərini etiraf edib: “Hər iki oyunda şansımız çox oldu. Həm Bakıdakı, həm də Leverkuzendəki görüşün son saniyələrində qapımızdan qol buraxdıq. Məğlub olsaq da, qazandığımız şeylər çox oldu. Komanda olaraq bu mövsüm azarkeşlərimizə yaxşı oyun göstərdik. Buna görə futbolçularıma təşəkkür edirəm. Daha bir mərhələ irəliləmək istərdik. Ancaq qarşımızdakı rəqibin çox ciddi olduğunu da nəzərə almaq lazımdır. Həmçinin azlıqda qalmağımız da nəticəyə təsir etdi”.

Baş məşqçi qırmızı vərəqə alan Elvin Cəfərquliyevə buna görə irad bildirmədiyini söyləyib: “Oyundan sonra kiminləsə danışmağım, etiraz bildirməyim düzgün olmazdı. Hamının emosiyaları fərqli idi. Biri əsəbləşmişdi, biri üzülmüşdü. Belə vəziyyətdə irad bildirmək düzgün olmaz. Yenə də diqqətli olmalı, daha tez oynamağı bacarmalıdırlar. “Bayer 04” bu mövsüm Almaniya Bundesliqasının da bir çox oyununda son dəqiqə qolu ilə qalib gəlib. Bu, komandanın dözümlülüyündən, düzgün formalaşmasından irəli gəlir. Həm ustalıq, həm fiziki güc, həm də ilboyu bu tempdə oynamaq belə vəziyyətə gətirib çıxarır”.

Qurban Qurbanov həm özünə, həm də futbolçularına Avropa klublarının maraq göstərməsinə də münasibət bildirib. O, “Qarabağ”dan ayrılmaq istəmədiyini deyib: “Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”.

Mütəxəssis artıq Premyer Liqanın XXVII turunda “Turan Tovuz”la keçiriləcək səfər oyununa hazırlaşacaqlarını sözlərinə əlavə edib: “Çempionat oyunlarına köklənmək çətin olmayacaq. İllərdir bu formada oynamışıq. Sadəcə, “Turan Tovuz”la oyun üçün Tovuza getmək bir az çətin olacaq”.

Qurban Qurbanov sonda yeni futbolçu axtarışlarını davam etdirdiklərini bildirib: “Bununla bağlı işlərimiz davam edir. Bəzən buna az zaman ayıra bilərik. Amma ümumilikdə ilboyu baxışlarımız, danışıqlarımız, axtarışlarımız olur”.

Futbol
KİV: "Ronaldu Səudiyyə klubu ilə müqavilə imzalayıb"

KİV: "Ronaldu Səudiyyə klubu ilə müqavilə imzalayıb"

Futbol
Ruslan Abışov: "Seçmə mərhələdə sonuncu olmamaq üçün mübarizə aparacağıq"

Ruslan Abışov: "Seçmə mərhələdə sonuncu olmamaq üçün mübarizə aparacağıq"

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

Futbol
Türkiyə kubokunun püşkü atılıb

Türkiyə kubokunun püşkü atılıb

Futbol
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

Futbol
Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub

Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub

Futbol
“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

Futbol
"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

Futbol
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib