"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, son 6 oyundan sonra daha bir komanda pley-offa yüksəlib.

C qrupunda yer alan Almaniya "Bavariya"sı Çexiyada "Viktoriya" (Plzen) komandasını məğlub etməklə adını 1/8 finala yazdırıb. Bu qrupun digər matçında isə İtaliya "İnter"i İspaniyada "Barselona" ilə sülhə razılaşıb.

A qrupunda İngiltərə "Liverpul"u Şotlandiyada "Reyncers"i darmadağın edib. B qrupunda Portuqaliya "Portu"su Almaniyada "Bayer"in qapısından 3 cavabsız top keçirib.

D qrupunda isə "Tottenhem" İngiltərədə Almaniya "Ayntraxt"ına, Fransa "Marsel"i isə Portuqaliyada "Sportinq"ə qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

12 oktyabr

A qrupu

20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland) - 4:2

Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)

23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə) - 1:7

Qollar: Skott Arfild, 17 - Roberto Firmino, 24; 55. Darvin Nunyes, 66, Məhəmməd Salah, 76; 80; 81. Harvi Elliott, 87

Xal durumu: "Napoli" - 12 . "Liverpul" - 9. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika) - 0:0

Qırmızı vərəqə: Kamal Sova, 82 ("Brügge")

23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya) - 0:3

Qollar: Qaleno, 6. Mehdi Taremi, 53 (penalti), 64 (penalti)

Xal durumu: "Brügge" - 10. "Portu" - 6. "Atletiko" - 4. "Bayer" - 3.

C qrupu

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya) - 2:4

Qollar: Adam Vlkanova, 62. Yan Kliment, 75 - Sadio Mane, 10. Tomas Müller, 14. Leon Qoretska, 25; 35

23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 3:3

Qollar: Usman Dembele, 40. Robert Levandovski, 82; 90+2 - Nikola Barella, 50. Lautaro Martines, 63. Robin Qosens, 89

Xal durumu: "Bavariya" - 12. "İnter" - 7. "Barselona" - 4. "Viktoriya" - 0

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya) - 3:2

Qollar: Hın Min Son, 20; 36. Harri Keyn, 28 (penalti) - Daiti Kamada, 14. Faride Alidu, 87

İstifadə edilməmiş penalti: Harri Keyn, 90+2 ("Tottenhem")

Qırmızı vərəqə: Tuta, 60 ("Ayntraxt")

23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 0:2

Qollar: Matteo Genduzi, 20 (penalti). Aleksis Sançes, 30

Qırmızı vərəqə: Rikardu Eşqayu, 19. Pedru Qonsalveş, 61 (hər ikisi "Sportinq")

Xal durumu: "Tottenhem" - 7. "Marsel" - 6. "Sportinq" - 6. "Ayntraxt" - 4.

Qeyd edək ki, daha əvvəl İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti", İtaliyanın "Napoli" və Belçikanın "Brügge" komandaları pley-offa vəsiqə qazanıblar.

22:39

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda daha 2 oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, A qrupunda "Napoli" İtaliyada Niderland "Ayaks"ını qəbul edib. Rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdiriblər.

B qrupunda isə Madrid "Atletiko"su İspaniyada Belçika "Brügge"si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra qonaqlar vaxtından əvvəl 1/8 finala yüksəliblər.

12 oktyabr

A qrupu

20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland) - 4:2

Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)

23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Napoli" - 12 (4 oyuna). "Liverpul" - 6. "Ayaks" - 3 (4 oyuna). "Reyncers" - 0.

B qrupu

20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika) - 0:0

Qırmızı vərəqə: Kamal Sova, 82 ("Brügge")

23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)

Xal durumu: "Brügge" - 10 (4 oyuna). "Atletiko" - 4 (4 oyuna). "Bayer" - 3. "Portu" - 3

Qeyd edək ki, daha əvvəl İspaniya "Real Madrid"i və İngiltərənin "Mançester Siti" komandası pley-offa vəsiqəni təmin edib.

Futbol
Asim Xudiyev və Zaur Hacı-Məhərrəmov Konfrans Liqası oyunlarına təyinat alıblar

Asim Xudiyev və Zaur Hacı-Məhərrəmov Konfrans Liqası oyunlarına təyinat alıblar

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Futbol
AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

Futbol
Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

Futbol
“Qarabağ”ın rəqibi 5 oyundan sonra qələbə qazanıb

“Qarabağ”ın rəqibi 5 oyundan sonra qələbə qazanıb

Futbol
Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

Futbol
Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Futbol
Robert Prosineçki: "Dinamo"da oynamaq asan deyil, Mahir səbirli olmalıdır"

Robert Prosineçki: "Dinamo"da oynamaq asan deyil, Mahir səbirli olmalıdır"