"Sabah"ın yeni baş məşqçisi vaxtilə İran millisində çalışıb

"Sabah"ın yeni baş məşqçisi vaxtilə İran millisində çalışıb

“Sabah” futbol komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.

"Report" Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ​​​​​xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.

50 yaşlı çalışdırıcı futbolçu karyerasına Xorvatiyanın "Osiyek" klubunda başlayıb. Burda gənclər komandasında oynayan Renduliç 1994-cü ildə peşəkar karyerasına ölkənin digər təmsilçisi "Belisçe"də başlayıb. Sonradan Xorvatiyanın "Hayduk", "Osiyek" və "Luçko" klublarında da çıxış edib.

Cinah yarımmüdafiəçisi mövqeyində oynayan Renduliç ölkə xaricində yalnız Sloveniyanın "İnterblok" komandasının şərəfini qoruyub. Futbolçu karyerasını 2014-cü ildə Xorvatiya təmsilçisi "Luçko"da başa vurub.

Məşqçi kimi İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) baş məşqçi Draqan Şkoçiçin köməkçisi olub. Xorvatiyada “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinada “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Baş məşqçi kimi uğurları "Zrinski" klubunda olub. Komanda Renduliçin rəhbərliyi altında ölkə çempionatının və kubokunun qalibi olub. Xorvatiyalı mütəxəssis bu komanda ilə cari mövsümdə UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizə aparıb. E qrupunda "Aston Villa" (İngiltərə), "Legiya" (Polşa), "AZ Alkmaar" (Niderland) ilə qarşılaşan "Zrinski" 4 xalla sonuncu pillədə qərarlaşıb.

Krunoslav Renduliç 2023-cü il noyabrın 18-də "Zrinski"dən ayrılıb.

Futbol
Robert Prosineçki: "Dinamo"da oynamaq asan deyil, Mahir səbirli olmalıdır"

Robert Prosineçki: "Dinamo"da oynamaq asan deyil, Mahir səbirli olmalıdır"

Futbol
DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

Futbol
Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib

Futbol
Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
Messi "Benfika" ilə oyunu buraxacaq

Messi "Benfika" ilə oyunu buraxacaq

Futbol
Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

Futbol
Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Futbol
"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb