“Cəlilabad” basketbol klubu “Xəzri” ilə oyuna ciddi itkilərlə çıxacaq

“Cəlilabad” basketbol klubu “Xəzri” ilə oyuna ciddi itkilərlə çıxacaq

“Cəlilabad” komandası Azərbaycan Basketbol Liqasının XII turunda “Xəzri” ilə oyuna ciddi itkilərlə çıxacaq.

“Report” xəbər verir ki, bu barədə klubun baş məşqçisi Şəhriyar Əsgərov məlumat verib.

O bildirib ki, Kobi Tomas və kapitan Zaur Paşayev bu qarşılaşmanı buraxacaqlar: “Bəzi itkilərin olması bizi məyus edir. Kobi Tomas yenə oynamayacaq, onun zədəsi davam edir. Camani Pirsin matçda iştirakı sual altındadır. Ən ciddi itkimiz Zaur Paşayevdir. “Neftçi”yə qarşı ötən turun matçında aldığı zədə kapitanımızın oynamasına imkan vermir. Zaurun zədələnməsi bizi ən çox narahat edən məqamdır”.

İtkilərin fonunda Seyidhüseyn Eynullayev zədəsini sağaldıb: “Bizi sevindirən yeganə amil Seyidhüseyn Eynullayevin hazır olmasıdır. Seyidhüseyn meydançaya çıxmaq üçün özünü hazır hiss edir. Bütün itkilərə baxmayaraq, bu qarşılaşmada azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Şəhriyar Əsgərov “Xəzri”nin güclü heyətə və yaxşı baş məşqçiyə malik olduğunu bildirib: “Çox güclü rəqibə qarşı oynayacağıq. “Xəzri” liderlər qrupunda qərarlaşıb və çempionluğa əsas namizədlərdən biri sayılır. İlk dövrədə Cəlilabadda onlara məğlub olmuşduq. “Xəzri”nin geniş heyəti var. Həmçinin məşqçiləri Murad Dikmən çox təcrübəlidir. Düzdür, bəzən çox emosional olur, ancaq ümumi baxsaq, oyunu çox yaxşı hiss edən və anlayan məşqçidir. Lakin biz rəqibdən çəkinmirik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Xəzri” – “Cəlilabad” oyunu saat 16:00-da başlayacaq. Hazırda “Xəzri” 20 xalla üçüncü, “Cəlilabad” isə 15 xalla altıncı yerdə qərarlaşıb.

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub