III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub

III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub

Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub.

Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Özbəkistanın “Paxtakor” komandası “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Finalda isə “Ulduz” Futbol Akademiyası Polşanın “Drukarz” komandası ilə qarşılaşıb. Görüş Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Drukarz” turnirin qalibi olub, “Ulduz” FA isə ikinci yeri tutub.

Fərdi nominasiyalar üzrə ən yaxşılar da müəyyənləşib.

Ən yaxşı oyunçu Giorgi Zekalaşvili (“Dinamo Tbilisi”, Gürcüstan), turnirin bombardiri Əli Əliyev (“Qarabağ”, Azərbaycan), ən yaxşı qapıçı isə Dilqəm Salmanov (“Ulduz” FA, Azərbaycan) seçilib.

Qeyd edək ki, III “Ulduz Cup” Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Turnirdə 7 ölkədən 12 komanda mübarizə aparıb.