Andrey Lunyov: “Ünsiyyət baxımından “Qarabağ” “Bayer”dən daha rahatdır”

Andrey Lunyov: “Ünsiyyət baxımından “Qarabağ” “Bayer”dən daha rahatdır”

“Ünsiyyət baxımından “Qarabağ” “Bayer”dən daha rahatdır”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Andrey Lunyov “RB Sport” nəşrinə müsahibəsində deyib.

Rusiyalı qapıçı mövsümün əvvəlində keçdiyi “Qarabağ”a çox tez uyğunlaşdığını bildirib: “Qarabağ”da uyğunlaşma dönəmim çoxdan geridə qalıb. Burada insanlar rus dilini bilirlər. Bu məqam gündəlik həyatda işimi asanlaşdırır. İlk vaxtlar yerli sürücülük tərzinə uyğunlaşmaq çətin idi. Misirdəki kimi, insanlar daim siqnal verir, avtomobili istədikləri kimi sürürlər”.

UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubu ilə keçirilən oyunda zədələnən 32 yaşlı qolkiper problemin ciddi olmadığını bildirib: “Bayer”lə oyunda rəqibin futbolçusu ilə toqquşmadan sonra zədələndim. Ancaq bu, kritik deyil, oynamağa imkan verir. Ümid edirəm ki, tətil faydalı olacaq və diz stress olmadan daha tez sağalacaq. Düşünürəm ki, formamı bərpa edə bilmişəm. Bundan sonra onu inkişaf etdirməyə çalışacağam”.

Rusiya millisinin üzvü sabiq komandası “Bayer”də işlərinin yolunda getmədiyini etiraf edib: “Burada yeni səhifə açmışam, mənim üçün yeni mərhələ başlayıb. İndi itirilənləri qaytarmaq lazımdır. İstənilən halda iki il oynamamaq asan deyil. Əsas odur ki, zədələr təkrarlanmır. “Bayer”dəki karyeram ümidlərimi doğrultmayan, arzularımın reallaşmadığı bir dövr oldu. İndi həyatımın başqa mərhələsindəyəm. Əlimdə olanlardan maksimum yararlanmağa çalışıram”.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
"Traktor" klubunun yeni baş məşqçisi bəlli olub

"Traktor" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

Futbol
Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
Rumıniyalı futbolçu: "Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi"

Rumıniyalı futbolçu: "Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi"