AGF-nin baş katibi: "Olimpiadada tarixi uğurlara imza atmağa çalışacağıq"

AGF-nin baş katibi: "Olimpiadada tarixi uğurlara imza atmağa çalışacağıq"

Azərbaycan güləşçiləri avqustda Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına geniş tərkibdə qatılmaqla tarixi uğurlara imza atmağa çalışacaqlar.

Bunu "Report"a müsahibəsində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev deyib.

AGF rəsmisi hazırda olimpiadaya üç lisenziyalarının olduğunu xatırladıb: "Gələn il təsnifat turnirində lisenziyalarımızın sayını artırmağa çalışacağıq. Bunun üçün əlverişli vəziyyət yaranıb. Belə ki, Avropa Olimpiya Təsnifat turniri Bakıda, Dünya Olimpiya Təsnifat turniri isə İstanbulda keçiriləcək. Bu isə o deməkdir ki, güləşçilərimiz hər iki yarışda böyük azarkeş dəstəyi altında çıxış edəcəklər. Bu da onlara əlavə ruh yüksəkliyi, motivasiya və güc verəcək. Belə də kifayət qədər lisenziya qazana bilərik. Avqustda Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına geniş tərkibdə qatılmaqla tarixi uğurlara imza atmağa çalışacağıq".

Baş katib olimpiya növləri arasında ən çox medalın məhz güləşin payına düşdüşüyü söyləyib: "Təvazökarlıqdan uzaq olsa da, həqiqəti deməliyəm: bəli. Bunu statistik göstəricilər də deyir. Başa vurduğumuz ildə keçirilən bütün multi-yarışlarda da bunun şahidi olduq. Həm MDB Oyunlarında, həm Beynəlxalq Universitet İdman Festivalında, həm də Türk Dövlətlərinin Universiadasında ən çox medalı ölkəmizə güləşçilərimiz qazandırdı. Bu il təkcə böyüklər arasında Avropa və dünya çempionatında 7 dəfə himnimiz səslənib. Bu fakt özü hər şeyi deyir. O ki qaldı Yay Olimpiya Oyunlarına, gözlənti məsuliyyət deməkdir. Biz bu məsuliyyətin fərqindəyik. Müstəqillik dövründə olimpiadalarda ölkəmizə ən çox medalı güləşçilər qazandırıb. Bu ənənəni davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Təbii ki, bu sahədə Milli Olimpiya Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyini də mütləq qeyd etməliyəm. Hər iki qurum maddi-mənəvi federasiyamızın yanındadır. İstər beynəlxalq yarışlara ezam, istər milli üzvlərinin vitamin təminatı, istərsə də təlim-məşq toplanışlarının keçirilməsi və digər məsələlərdə hər iki dövlət qurumunun dəstəyini yaxından hiss edirik".

Nəsimi Musayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi
Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

Fərdi
Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Fərdi
AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar

“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar