Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

"Ermənilər təxribat xarakterli məlumatları birləşdirərək bizim paralimpiya hərəkatından kənarlaşdırılmağımızı təklif etdilər. Təbii ki, biz də buna çox layiqli cavab verdik".

Bunu "QELEBE.AZ"a açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Almaniyanın paytaxtı Berlində keçirilən Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında baş vermiş erməni təxribatı haqqında danışarkən deyib:

Funksioner bildirib ki, Ermənistan Paralimpiya Komitəsinin nümayəndələri fürsətdən istifadə edərək, söz alıb və Assambleyanın gündəliyinə aidiyyəti olmayan mövzuya toxunublar: "Bizi aqressor adlandıraraq, Azərbaycanın da Rusiya və Belarus kimi beynəlxalq paralimpiya hərəkatından kənarlaşdırılmasını təklif etdilər. Qardaş Türkiyənin də adını çəkərək bildirdilər ki, guya Azərbaycan bu ölkə ilə birləşərək Ermənistan torpaqlarını işğal edib. Eyni zamanda, buna görə bizi ilk təbrik edən ölkə Ukrayna olub".

O, təxribata cavab olaraq, Azərbaycanın mövqeyini əks etdirən bütün sübutları gətirdiklərini vurğulayıb: "Dedik ki, ölkəmiz haqq yolundadır, 30 ilə yaxın işğal altında olan torpaqlarını azad, milyonlarla məcburi köçkünün, 10 minlərlə şəhid və qazinin hüququnu bərpa etdi. Azərbaycanın başqasının torpağına heç bir iddiası yoxdur. Sadəcə, bizim torpaqlarımıza kimsə göz dikməsin. Azərbaycan BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalını pisləyən bəyanatlarını təkbaşına həyata keçirdi. Bu da bizim Müzəffər Ali Baş Komandamızın rəhbərliyi altında baş tutdu. Diplomatik və təmkinlə qarşı tərəfin cavabını verdik".

Rəhimovun sözlərinə görə, bundan sonra iclasa sədrlik edən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons zala səslənərək, Azərbaycan Milli Paralimpiya Komitəsinin üzvlükdən çıxarılmasının müzakirə mövzusu olmadığını söyləyib: "Səhər yeməyi ərəfəsində bir çox ölkələrin nümayəndələri mənə yaxınlaşaraq, çıxışımı bəyəndiklərini bildirdilər. Söylədilər ki, çox gözəl cavab verilib. Beləliklə, həmişə olduğu kimi, Ermənistanın növbəti təxribatının qarşısını ala bildik".

Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında 120-dən çox ölkə iştirak edir. Müzakirə olunan əsas məsələ Rusiya və Belarus Paralimpiya Komitələrinin Beynəlxalq Paralimpiya Komitəsində fəaliyyətinin müvəqqəti dayandırılmasıdır.

Fərdi
"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Nazir milli federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Nazir milli federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur

Fərdi
ASAPES-də İsrailli professorun seminarı başlayıb

ASAPES-də İsrailli professorun seminarı başlayıb

Fərdi
Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"