“Siz yalançısınız!” – Caqnedən klub rəhbərliyinə sərt sözlər
“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”
“Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”.
Bunu “Neftçi”nin kişilərdən ibarət voleybol komandasının baş məşqçisi Pərviz Səmədov “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Yüksək Liqasının VII turunun oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis yalnız ikinci seti zəif keçirdiklərini bildirib. O, komandasının getdikcə daha yaxşı forma yığdığını düşünür: “Görüşə yaxşı hazırlaşmışdıq. İstədiyimi oyunçularımdan ala bildim. Komandamda ikinci setdə eniş yaşandı. Yaxşı ki, tez toplarlana bildik və inamlı qələbə qazandıq. Mövsümün əvvəlindən kollektivə güvənirdim. Sadəcə, voleybolçular bir-birilərinə tam uyğunlaşmamışdılar. Hazırda isə yüksəlişdəyik. Ümid edirəm ki, mövsümü birinci bitirərik”.
Qeyd edək ki, “Neftçi” hazırda 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

https://qelebe.az//uploads/photo/neftchinin-bash-meshqchisi-bir-setde-voleybol-shanssizligi-ile-uzleshdik.webp











