İngiltərə Premyer Liqası: “Tottenhem” “Mançester Siti” ilə xallarını bərabərləşdirib

İngiltərə Premyer Liqası: “Tottenhem” “Mançester Siti” ilə xallarını bərabərləşdirib

İngiltərə Premyer Liqasının 17-ci turunun ilk matçında “Nottinhem Forest” “Tottenhem”i qəbul edib.

“Report” xəbər verir ki, “Siti Qraund”da baş tutmuş oyunda qonaqlar qalib gəlib.

Gərgin keçən qarşılaşmada hesab birinci hissəyə əlavə edilmiş ikinci dəqiqədə açılıb. Braziliyalı Rişarlison Deyan Kulusevskinin ötürməsindən sonra topu tora qovuşdurub. 58-ci dəqiqədə meydan sahibləri Antoni Elanqanın sayəsində hesabı bərabərləşdirsə də, oyunun baş hakimi Carred Cillet VAR-a baxdıqdan sonra ofsayd qeydə alıb və qolu ləğv edib. Cəmi 12 dəqiqə sonra “mahmızlar” hesabdakı fərqi artırıblar: isveçli yarımmüdafiəçi Kulusevski qola imza atıb.

"Meşəçilər"in səylərinə baxmayaraq, matçda hesab dəyişməyib.

Beləliklə, 17 oyundan sonra “Totttenhem” 33 xalla 5-ci pillədəki yerini bərkidib və xal sayına görə “Mançester Siti”yə çatıb. “Nottinhem Forest” isə 16-cı pillədə qalsa da, qarşıdakı günlərdə “Everton”un mümkün qələbəsi səbəbindən bir pillə aşağı düşə bilər. Çempionatda lider isə “Liverpul”dur. “Qırmızılar”ın aktivində 37 xal var. Yurgen Kloppun yetirmələrinin ən yaxın təqibçiləri “Arsenal” (36 xal) və “Aston Villa”dır (35).

Futbol
Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Futbol
Azərbaycan güləşçisi: "Bakıda kuboku qazanmaq üçün mübarizə aparacağıq"

Azərbaycan güləşçisi: "Bakıda kuboku qazanmaq üçün mübarizə aparacağıq"

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Futbol
Rusiya klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

Rusiya klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

Futbol
Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ

Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Futbol
Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol
"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

Futbol
FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

Futbol
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib