Boks üzrə Azərbaycan çempionatına start verilib - YENİLƏNİB

Boks üzrə Azərbaycan çempionatına start verilib - YENİLƏNİB

Kişi boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Boks Federasiyasından (ABF) "QELEBE.AZ"a verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi təşkil olunan çempionat böyük əhəmiyyətə malikdir: “Bu dəfə final döyüşləri tam yeni formatda və təntənəli keçiriləcək, rəsmi qonaqlar olacaq. Monteneqroda U-22-lərin Avropa çempionatında tarixi bir nəticə əldə etmişik. İlk dəfə bu yarışda 5 – 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışıq. Görülən işlər və aparılan islahatlar sayəsində bu uğurun ardı gələcək”.

Hüseynov qeyd edib ki, bunun üçün çempionata neytral referilər dəvət olunub: “Gələn il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına qısa vaxt qalıb. Yığmamız artıq 2 çəkidə lisenziya əldə edib. Əminik ki, burda mübarizə aparacaq boksçulardan bir neçəsi də onlara qoşulacaqlar. İnanırıq ki, komandamız Fransadan Olimpiadalarda son 30 ildə əldə edə bilmədiyi qızıl medalla dönəcək”.

ABF rəsmisi çempionatının final günündə azarkeşləri sürprizlər gözlədiyini də deyib. O bildirib ki, ən fəal tamaşaçılar arasında seçim aparılacaq və federasiyanın xətti ilə onlardan biri gələn il İtaliyada keçiriləcək Avropa çempionatına aparılacaq. Eyni zamanda, azarkeşləri digər hədiyyələr də gözləyir.

ABF-nin İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev yarışın əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Ardınca torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılıb.

Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək. Final döyüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

11:22

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

“QELEBE.AZ” xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 11:30-da, döyüşlər saat 12:00-da başlayacaq.

Çempionatın qaliblərinin adına dekabrın 8-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı, supervayzeri Aleksandr Həmidov (Özbəkistan) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Yaşar Çinar (Türkiyə), Sid Ali Mokretari (Əlcəzair), Akmalcon Abdulayev (Tacikistan) və Bekcon Yusupov (Özbəkistan) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Türkiyəli və əlcəzairli ədalət təmsilçilərinin, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Fərdi
Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Fərdi
Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
"Ocaq Sport" klubunun məşqçisi: "Gimnastlarımızla fəxr edirik"

"Ocaq Sport" klubunun məşqçisi: "Gimnastlarımızla fəxr edirik"

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

Fərdi
Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Fərdi
Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb