Viktor Lindelöf: “Azərbaycan millisinə çətin anlar yaşatmaq istəyirik”

Viktor Lindelöf: “Azərbaycan millisinə çətin anlar yaşatmaq istəyirik”

“Azərbaycan millisinə qarşı uğurlu çıxış edib, çətin anlar yaşatmaq istəyirik”.

“QELEBE.AZ”un məlumatına görə, bunu İsveç yığmasının futbolçusu Viktor Lindelöf Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi səfər görüşündə 3 xal əldə etməyə çalışacaqlarını söyləyib: “Təəssüf ki, final mərhələsinə çıxmaq şansımız yoxdur. Buna baxmayaraq, sabahkı oyuna eyni mentalitetlə çıxacağıq. Əvvəlki matçlarda olduğu kimi, bu dəfə də qələbə qazanmaq istəyəcəyik”.

Ulduz futbolçu səfərdə oynamağın onlara çətinlik yaradacağını gizlətməyib: “Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Düşünmürəm ki, bu bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də bunun gətirəcəyi çətinliyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Futbol
"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Futbol
"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

Futbol
"Qarabağ"ın rəqibi "Marsel"in hücumçusunu transfer edir

"Qarabağ"ın rəqibi "Marsel"in hücumçusunu transfer edir

Futbol
“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb

Futbol
“Qarabağ”ın rəqibi futbolçusunu Almaniya klubuna satıb

“Qarabağ”ın rəqibi futbolçusunu Almaniya klubuna satıb

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər