Azərbaycan millisinin basketbolçusu: “Anamla bir yerdə oynamaq arzumuz idi” - MÜSAHİBƏ

Azərbaycan millisinin basketbolçusu: “Anamla bir yerdə oynamaq arzumuz idi” - MÜSAHİBƏ

Qadınlardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində Litva və Belçikaya məğlub olsa da, həmin görüşlərdə tarixi hadisə baş verib.

Belə ki, yığmamızın heyətində meydançaya çıxanlar arasında Tatyana Deniskina və onun qızı Ancelina İsmayılova da olub. Ana və övladın komanda yoldaşı kimi çiyin-çiyinə mübarizə aparması dünya idmanı tarixində nadir baş verən hadisələrdəndir.

Azərbaycanın U-16 millisinin heyətində qızlar arasında Avropa çempionatının C divizionunun qalibi olan Ancelina İsmayılova “Report”a müsahibə verib.

- Basketbola gəlişiniz necə baş verib?
- İdmançı ailəsində doğulduğum üçün idman uşaqlıqdan həyatımda olub. Atam cüdo məşqçisidir. Mən də ilk olaraq məhz cüdoya getmişəm. Hətta Azərbaycan çempionatının medalçısı da olmuşam. Anam uşaqlara məşq keçməyə başladıqdan sonra isə bəzən onun yanına məşqə gedirdim. Bu idman növünü bəyəndim və anamla basketbol oynamağa başladım. Hobbim tədricən peşəkar fəaliyyətə çevrildi.

- Özünüz sevdiyiniz üçün, yoxsa ananızın təkidi ilə basketbola keçdiniz?
- Anam peşəkar basketbolçu olsa da, məni buna heç vaxt məcbur etmədi. O, istənilən qərarımda mənə dəstək olmağa hazır idi. Yəni öz istəyimlə basketbola başladım.

- Azərbaycanda basketbol elə də populyar deyil. Bu idman növünü seçməyin hansı çətinlikləri var?
- Əslində, hesab edirəm ki, basketbol ən yaxşı idman növlərindən biridir və digər ölkələrdə çox populyardır. Azərbaycanda uşaqlar və onların valideynləri arasında yeni populyarlıq qazanmağa başlayır. Düşünürəm ki, zaman keçdikcə Azərbaycanda çoxları bu idman növünü seçəcək.

- Dediniz ki, idmançı ailəsində doğulmusunuz. Maraqlıdır, evdə atmosfer necə olur, yalnız idman barədə danışırsınız?
- Bəli, təbii olaraq evdə basketbol, ümumiyyətlə, idman barədə çox danışırıq. İdmançı ailəsindənik, hətta kiçik qardaşım da basketbol oynayır. Buna görə idman həyatımızda mühüm yer tutur.

- AVRO-2025-in seçmə mərhələsində, Litva və Belçika ilə oyunlarda ananızla birgə çıxış etməklə Azərbaycan basketbolunun tarixinə düşdünüz. Bu necə hissdir?
- Bildiyim qədər bu həm də Avropa çempionatı tarixində bir ilkdir. Əslində, bu səviyyədə bir yerdə oynamaq bizim arzumuz idi. Anamla komanda yoldaşı olmaq çox maraqlı idi. O, təcrübəli basketbolçudur. Bu da mənim üçün böyük təcrübədir.

- Oyunlar zamanı ananız sizə çox irad bildirir?
- Anam həmişə mənə dəstək olur və faydalı məsləhətlər verir.

- Uşaqlıqda hansı basketbolçunu özünüzə örnək götürmüsünüz?
- Tamika Ketçinqsi çox bəyənirdim. Onun adı 2020-ci ildə “Şöhrət zalı”na əlavə olundu. Basketbola başladığım akademiya da onun adını daşıyır.

- WNBA-nı izləyirsiniz? Azarkeşi olduğunuz basketbolçu və komanda var?
- WNBA-da çıxış edən “Nyu-York Liberti” klubunu bəyənirəm. Sevimli oyunçularım isə Sabrina İonesku və Brianna Styuartdır.

- Azərbaycanda kişi basketbolu daha sürətlə inkişaf edir. Qadın basketboluna münasibətdən razısınız?
- Düşünürəm ki, qadın basketbolunun inkişafının başlanğıcındayıq. Artıq yaxşı nəticələrimiz var. Bu il U-16 yığmamız Avropa çempionu olub. Azərbaycanda kişilər arasında çempionat ikinci mövsümdür keçirilir. Bu üzdən kişi basketbolu sürətlə inkişaf edir. Biz də qadın basketbolunun ölkədə daha da populyarlaşması və güclənməsi üçün qadınlar arasında Azərbaycan çempionatını səbirsizliklə gözləyirik.

- Gələcəklə bağlı ən böyük hədəfiniz nədir?
- Gələcəklə bağlı hədəfim Avropada oynamaq və WNBA-ya düşməkdir. Bilirəm ki, yol çox çətin və uzundur. Öz üzərimdə çox çalışmalıyam. Ancaq məqsədimə çatmaq üçün çox şey etməyə hazıram.

Komanda
Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb