UEFA "Qarabağ"a Avropa Liqasının qrupundakı qələbələrə görə ödəniş edib
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ Avropa Liqasının qrup mərhələsində qazanılan iki qələbəyə və turnirdə iştiraka görə verilib.
Qurum tərəfindən ayrılan 1 milyon 320 min 105 avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə ölkə çempionunun hesabına köçürülüb.

https://qelebe.az//uploads/photo/uefa-qarabaga-avropa-liqasinin-qrupundaki-qelebelere-gore-odenish-edib.webp











