Ukraynada yeni lider: Arda Turanın "Şaxtyor"u
Futbol üzrə Ukrayna Premyer Liqasında XXIV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Şaxtyor" "Polissiya Jitomir"lə qarşılaşıb.
Gərgin keçən görüşdə gülən tərəf nominal meydan sahibləri olub: 1:0.
Bu qələbədən sonra Arda Turanın yetirmələri xallarının sayını 54-ə yüksəldərək" liderlik kreslosu"na əyləşib.
Ehtiyatında 1 oyun olmasına baxmayaraq "narıncı-qaralar" ən yaxın izləyicisi "LNZ Çerkassi"ni 3 xal qabaqlamağı bacarıb.
"Jitomir" isə 46 xalla 3-cü pillədə qalıb.
Xatırladaq ki, türkiyəli mütəxəssisin başçılıq etdiyi "Şaxtyor" ötən həftə Konfrans Liqasında AZ səddini keçərək adını yarımfinala yazdırmışdı.

https://qelebe.az//uploads/photo/ukraynada-yeni-lider-arda-turanin-quotshaxtyorquotu.webp