Vitinyanın durumuna aydınlıq gəldi

Vitinyanın durumuna aydınlıq gəldi

PSJ-də ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Vitinya zədələnib.

O, Liqa 1-in XXX turunun "Lyon"la matçında xəsarət alıb. 

Klubun mətbuat xidməti futbolçunun durumu ilə bağlı məlumat yayıb. Bildirilib ki, portuqaliyalı sağ dabanından zədə alıb.

Onun həftə sonuna qədər əlavə müayinələrdən keçməsi gözlənilir.

Qeyd edək ki, matç "Lyon"un qələbəsi ilə nəticələnib - 2:1.