Minifutbol üzrə Azərbaycan millisinin üzvü: "Rəqibin adından çəkinmirik"

Minifutbol üzrə Azərbaycan millisinin üzvü: "Rəqibin adından çəkinmirik"

"Rəqibin adından çəkinmirik".

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyaya qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Oyunçu Portuqaliyanın futbol ölkəsi olduğunu bildirib: "Bu, adlı-sanlı kollektivdir. Söhbət Portuqaliya yığmasından gedirsə, daha diqqətli və ciddi olmalıyıq. Biz də yaxşı hazırlıq keçmişik, həm də Avropa çempionuyuq. Şanslar bərabərdir, amma qələbəyə inanırıq. Bunun üçün var gücümüzü ortaya qoyacağıq".

Əlizadə qrup mərhələsinin favoriti olduqlarını vurğulayıb: "Lider kimi növbəti mərhələyə vəsiqə qazanacağımıza da inanırdıq. Bunu da bacardıq".

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Milli qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.

Futbol
DÇ-2022-nin açılış mərasimi keçirilib

DÇ-2022-nin açılış mərasimi keçirilib

Futbol
"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

Futbol
FIFA “Bursaspor”a transfer qadağası qoyub

FIFA “Bursaspor”a transfer qadağası qoyub

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
Boks üzrə Azərbaycan çempionatında növbəti medalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında növbəti medalçılar müəyyənləşib

Futbol
DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb