Füzuli Məmmədov: "Lüksemburq futbol ölkəsi olmasa da, çox ciddi rəqibdir"

Füzuli Məmmədov: "Lüksemburq futbol ölkəsi olmasa da, çox ciddi rəqibdir"

"Qrupumuzda yer alan Lüksemburq futbol ölkəsi olmasa da, çox ciddi rəqibdir. Heyəti digər ölkələrin yığmalarına düşməyən futbolçulardan ibarətdir. Məsələn, Portuqaliya millisində oynaya bilməyib oraya gedənlər var".

Bu fikirləri "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın U-17 millisinin baş məşqçisi Füzuli Məmmədov komandanın Avropa çemponatının seçmə mərhələsində çıxışı barədə danışarkən deyib.

46 yaşlı mütəxəssis bu matçlara ciddi hazırlaşdıqlarını bildirib: "Son toplanışda futbolçuların ciddi yanaşmalarını da görürdük. Bu, bizi sevindirirdi".

Məmmədov Serbiya yığmasının əsasını “Srvena Zvezda” və "Partizan" klublarının futbolçularının təşkil etdiyini söyləyib: "Sloveniya yığmasına İtaliya və Almaniya klublarından oyunçular cəlb edilmişdi. Buna baxmayaraq, biz də bu matçlara çox ciddi hazırlaşmışdıq. İlk rəsmi görüşlərimiz idi. Oyunçularda həyəcanı hiss edirdik. İlk qarşılaşmalardakı səhvlərin hamısı həyəcana görə idi. Uşaqların oyundan-oyuna daha az səhv etdiklərini görürdük. Onlara dəstək olmağa çalışırdıq. Futbolçular maksimum əllərindən gələni etməyə çalışdılar. Təcrübəsizlik və keyfiyyət rol oynadı. Daha yaxşı oynaya bilərdik. Son qarşılaşmada daha dominanant və inamlı oynamağa çalışdılar. Lüksemburq Sloveniyaya qarşı ilk oyunda 90-cı dəqiqəyə kimi öndə idi və qələbəni son anda əldən vermişdi. Həmin Lüksemburqu məğlub edə bilərdik. Rəsmi matçlarda təcrübəsizlik, bir az da stress bu nəticəyə gətirib çıxardı. Amma oyunçular üçün yaxşı təcrübə oldu. Gələcəkdə daha yaxşı oynayacaqlar".

Qeyd edək ki, Serbiya yığmasına 1:5, Sloveniyaya 0:3 hesabı ilə uduzan U-17 lüksemburqlu həmyaşıdları ilə heç-heçə edib - 1:1. Komanda yer aldığı qrupu 1 xalla sonuncu pillədə başa vurub.

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

Futbol
Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Futbol
"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

Futbol
Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq"

"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq"

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Futbol
"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb