Azərbaycan cüdoçuları ilk dəfə dünya kata çempionatında iştirak edəcəklər
Azərbaycan cüdoçuları ilk dəfə dünya kata çempionatında iştirak edəcəklər.
"QELEBE.AZ" Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarış oktyabrın 28-29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
Azərbaycanı 35 ölkədən 300-ə yaxın idmançının qatılacağı yarışda 6 cüdoçu təmsil edəcək. Malik Allahverdiyev, İsmayıl Rzayev, Rafiq Nəcəfov (tori - hücum edən idmançı), Samir İsmayılov, İbrahim Aslanov, Əmrah Əhmədov (uke - hücum edilən idmançı) oktyabrın 28-də böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.

https://qelebe.az//uploads/photo/azerbaycan-cudochulari-ilk-defe-dunya-kata-chempionatinda-ishtirak-edecekler.webp











