Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyasının (AVF) 3 iyun - Beynəlxalq Velosiped Günündə elan etdiyi “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsinin qalibləri müəyyənləşib.

AVF-in mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, qurumun təşkilatçılığı ilə Daş Salnamə Muzeyində baş tutan qaliblərin mükafatlandırılması mərasimi və müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgidə müdafiə sənayesi naziri, federasiyanın prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva,Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibi Azər Əliyev, AVF-nin vitse-prezidenti Fuad Hacıyev, Xalq rəssamı, müsabiqənin münsiflər heyətinin üzvü Sirus Mirzəzadə və görkəmli fırça ustaları, idman federasiyalarının rəhbər şəxsləri, əsərləri sərgilənən müəlliflər, həmçinin idman ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə velosiped idmanına həsr olunmuş installyasiya, qədim tarixdən müasir dövrə qədər velosipedin inkişafını əks etdirən bu ekoloji təmiz nəqliyyat vasitəsinin müxtəlif nümunələri, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının videomaterialları, həmçinin məşq trenajorunda velosipedçilərin hərəkətlərini izləyib, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgi ilə tanış olublar.

Sərgi zamanı AVF-nin velosiped idmanının təbliği və təşviqi üçün böyük ictimai əhəmiyyətli tədbirlər keçirdiyi, Federasiyanın uğurlu nəticələrə imza atdığı, işğaldan azad ediləndən sonra - 2022-ci ilin iyulunda Şuşada ilk beynəlxalq yarışın - “Əziz Şuşa” beynəlxalq veloturunun uğurla təşkil edildiyi vurğulanıb.

Qeyd olunub ki, “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinin təşkilində əsas məqsəd ölkədə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması, eləcə də velosipedçilərin müxtəlif yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğur qazanmaq, onların idman karyerasına dəstək üçün yaradıcı potensialı olan hər bir kəsi cəlb etməklə mövzu baxımından velosiped idmanı ilə bağlı rəsm əsərlərinin yaradılmasına stimul verməkdir.

Bildirilib ki, sentyabrın sonunda yekun vurulan “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinə 200-dən artıq müxtəlif və rəngarəng rəsm əsərləri təqdim olunub. Tanınmış rəssamlar, sənətşünaslar və mütəxəssislərdən ibarət münsiflər heyəti müsabiqənin tələblərinə uyğun olaraq 3 əsas və 3 həvəsləndirici qalib seçib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə bütün sahələrdə olduğu kimi, idman sahəsinin də sürətlə inkişaf etdiyini bildirib. O, müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib.

Nazir belə tədbirlərin gənclərin sağlam həyat tərzinə cəlb edilməsi, idmanın kütləviləşdirilməsi, eyni zamanda digər sahələrdə uğur qazanan gənclərə dəstək olmaq istiqamətində mühim addımlar olduğunu vurğulayıb.

F.Qayıbov AVF-nin prezidenti M.Quliyevə idmanın inkişafı istiqamətində dövlət siyasətinə dəstək olduğuna görə minnətdarlığını bildirib, Gənclər və İdman Nazirliyinin hər zaman idman federasiyalarının yanında olduğunu vurğulayıb.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıblar. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerin qalibi Ülkər Məmmədova, 2-ci yerin qalibi Pərvanə Əhmədli, 3-cü yerin qalibi isə Təranə Qaraliyeva seçilib. Həvəsləndirici yerlərə Nərmin İsmayılzadə, Kəmalə Kerriqan və Nurgül Əliyeva layiq görülüblər.

Birinci yerin qalibinə fəxri diplom və 3000 manat pul mükafatı, ikinci yerin qalibinə fəxri diplom və 2000 manat pul mükafatı, üçüncü yerin qalibinə fəxri diplom və 1000 manat pul mükafatı, 3 həvəsləndirici yerin qaliblərinin hər birinə isə fəxri fərman və 500 manat pul mükafatı təqdim olunub.

Digər rəssamlar AVF tərəfindən müsabiqənin iştirakçı diplomu ilə təltif olunublar.

Daha sonra tədbir iştirakçıları Daş Salnamə Muzeyinin digər salonunda nümayiş olunan milli yaddaşımızın nümunələri ilə tanış olublar.

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Fərdi
Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb