Balabəy Ağayev Avropa çempionatının yarımfinalında
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatına start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk yarış günündə 7 idmançımız tatami üzərinə çıxıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Balabəy Ağayev 1/4 finalda ukraynalı Dilşot Kalmatovla qarşılaşıb. Rəqibini ipponla üstələyən cüdoçu yarımfinala vəsiqə qazanıb.
O, bu mərhələdə moldovalı Radu İzvoreanu ilə qarşılaşacaq.
1/4 finalda uduzan Turan Bayramov (66 kiloqram) isə təsəlliverici görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayır.

https://qelebe.az//uploads/photo/balabey-agayev-avropa-chempionatinin-yarimfinalinda.webp