"Sabah" Premyer Liqada 30-cu dəfə doğma meydanda qələbə qazanıb

"Sabah" Premyer Liqada 30-cu dəfə doğma meydanda qələbə qazanıb

Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt”la ev oyunundakı qələbə “Sabah” üçün əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3:1 hesabı ilə qalib gələn Bakı klubu ölkə çempionatlarında öz meydanında 30-cu dəfə 3 xal qazanıb.

Premyer Liqada 2018-ci ildə debüt edən paytaxt təmsilçisi buna 75-ci matçında nail olub. “Sabah” ölkə çempionatları tarixinə evdə 30 və daha çox qələbə qazanan 24-cü komanda kimi düşüb.

Bakılıların ilk belə uğuru 2017/18 mövsümünə təsadüf edib. 2018-ci il sentyabrın 16-da “Qəbələ”ni qəbul edən “Sabah” 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Murad Musayevin baş məşqçisi oldu kollektiv cari mövsümdəki qələbəsizlik seriyasına da son qoyub. I turun avqustun 6-da keçirilən “Qəbələ” ilə ev görüşündə 5 cavabsız qol vuran “Sabah” sonrakı 7 görüşdə 4 heç-heçə edib və 3 məğlubiyyət alıb. “Sumqayıt”la matçadək ardıcıl 3 sülhə imza atan komanda 76 gündən sonra qələbə sevinci yaşayıb.

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Futbol
"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb