Millinin baş məşqçisi: "Kişi və qadın badmintonçumuzun olimpiadada iştirak etmək şansları var"

Millinin baş məşqçisi: "Kişi və qadın badmintonçumuzun olimpiadada iştirak etmək şansları var"

"Kişi və qadın idmançımızın olimpiadada iştirak etmək şansları var".

Bunu "Report"a açıqlamasında badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi deyib.

Mütəxəssis kişilərdə Edi Reski Dviçayo, qadınlarda isə Keişa Fatimə Zəhranın Parisdəki yarışa qatıla biləcəyini söyləyib: "Dünya Badminton Federasiyasında (BWF) olimpiada üçün son bir ilin nəticələri nəzərə alınır. Yəni, 2023-cü il mayın 1-dən, 2024-cü il aprelin 28-dək olan reytinq xalları hesablanır. Reytinqləri yüksək olanlar Yay Olimpiya Oyunlarında iştirakı təmin edəcəklər. Dviçayo hazırda dünya reytinqində 64-cü, Avropada 11-ci, olimpiya reytinqində isə 24-cü pillədə qərarlaşıb. Bu, çox gözəl nəticədir. Nəzərə almalıyıq ki, yarışlar aprelin 28-dək davam edəcək. O, çox potensiallı idmançıdır və daha əvvəl Azərbaycanı Tokioadakı Yay Olimpiya Oyunlarında fəxrlə təmsil edib. Onu da demək istəyirəm ki, turnirdə beş kateqoriyada 15 dəst medal uğrunda mübarizə aparırlar və 34 badmintonçu yarışda yer alır. Edi üç gün bundan əvvəl Niderlandın Hertogenboş şəhərində keçirilən “International challenge” kateqoriyalı “YONEX Dutch Open 2023” turnirində yarımfinala yüksəlməklə 2 800 reytinq xalına da sahib çıxıb".

İranlı baş məşqçi qadın badmintonçu Keişa Fatimə Zəhra haqqında da fikirlərini bölüşüb: "O, Azərbaycanda qadın badmintonunun da inkişaf etdiyini göstərib. Dünya reytinqində 65-ci, Avropada 21-ci, olimpiya reytinqində isə 25-ci sıradadır. Bu il bir çox yarışda medallar da qazanıb. Onun da Paris-2024-də iştirak etmək üçün yaxşı şansı var və potensiallı idmançıdır. Parisdə Azərbaycanı təmsil etməyi planlaşdırır".

Morteza Validarvi federasiya ilə yanaşı, Gənclər və İdman Nazirliyinin də onlara yüksək səviyyədə dəstək olduğunu vurğulayıb: "Qazanılan uğurların davamlı olmasını istəyirəm. Biz daha əvvəl yarışların təsnifat mərhələlərində iştirak edirdik. İndi isə birbaşa bu turnirlərin əsas mərhələsində mübarizə aparırıq. Bu isə onu göstərir ki, Azərbaycan təmsilçiləri yaxşı səviyyədədirlər. Nazirlik və federasiya ilə birlikdə bu nailiyyətlərə imza atırıq".

Mütəxəssis Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın sabah Əlcəzairdəki beynəlxalq turnirdə mübarizə aparacaqlarını da xatırladıb.

Qeyd edək ki, Azərbaycan badminton idman növündə ilk dəfə 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında təmsil olunub. Edi Reski Dviçayo mötəbər turnirə qatılıb. Keişa Fatimə Zəhra Parisdəki yarışda iştirak edəcəyi təqdirdə, bu növdə ölkə adından çıxış edən ilk qadın badmintonçu kimi tarixə düşəcək.

Badminton ilk dəfə 1992-ci ildə İspaniyanın Barselona şəhərindəki olimpiadada proqrama salınıb.

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Fərdi
Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

Fərdi
Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Fərdi
Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"