"Kəpəz" klubunun rəsmisi: "İlk növbədə Tovuz şəhər stadionunu nəzərdən keçiririk"

"Kəpəz" klubunun rəsmisi: "İlk növbədə Tovuz şəhər stadionunu nəzərdən keçiririk"

"İlk növbədə Tovuz şəhər stadionunu nəzərdən keçiririk".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Kəpəz" klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustayev Gəncə şəhər stadionunun təmirə bağlanmasından sonra ev oyunlarını hansı arenada keçirəcəkləri ilə bağlı suala cavab verərkən deyib.

O, "Turan Tovuz" rəhbərliyinin də bu yöndə onlara dəstək olduğunu xatırladıb: "Bu məsələ ilə bağlı konkret fikir yoxdur. Əvvəlki vaxtda deyilmişdi ki, stadionun sökülməsi ilə bağlı müəyyən təhlükəsizlik tədbirlərini yerinə yetirməklə komanda bir müddət evdə oynaya bilər. Bu məsələlərə isə tam aydınlıq gəlməyib. Ev matçlarımızla bağlı variantlarımız var".

Mustafayev idman obyektində söküntü işlərinə yaxın vaxtlarda başlanacağını diqqətə çatdırıb.

Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev isə quruma Gəncə təmsilçisindən rəsmi müraciətin daxil olmadığını söyləyib: “Kəpəz”dən PFL-ə rəsmi müraciət daxil olarsa, bir sıra nüanslar nəzərə alınacaq. Məsələn, klub oyunlarını Tovuz şəhər stadionunda keçirəcəyi təqdirdə “Turan Tovuz”la ev matçlarının üst-üstə düşməməsi, bundan əlavə, klubların heç birinin ardıcıl 2 dəfədən artıq öz meydanında və ya səfərdə oynamaması, əvəzedici komandaların görüşlərinin tarixləri və başlama saatları kimi məsələləri qeyd edə bilərik".

Futbol
"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Futbol
DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

Futbol
“Səbail”ə qayıdan Adil Nağıyev: “Kimin düz, kimin səhv olduğu göründü”

“Səbail”ə qayıdan Adil Nağıyev: “Kimin düz, kimin səhv olduğu göründü”

Futbol
Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Futbol
Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

Futbol
AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

Futbol
İstanbul derbisinin hakimləri bəlli olub

İstanbul derbisinin hakimləri bəlli olub

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"