İsveç klubuna qarşı oynamış futbolçu: "Qarabağ" "Hakken"i məğlub edəcək gücdədir"

İsveç klubuna qarşı oynamış futbolçu: "Qarabağ" "Hakken"i məğlub edəcək gücdədir"

"Komandanın qələbə qazanmaq üçün gücü var. Qalib gələcəklərinə inanıram".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Elvin Yunuszadə Azərbaycan təmsilçisinin İsveçdə yerli "Hakken" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib.

31 yaşlı müdafiəçi avrokubok matçlarının asan olmadığını bildirib: "Mən də bunun şahidi olmuşam. Bu görüş "Qarabağ" üçün çətin keçəcək. Çoxları komandanın aşkar favorit olduğunu düşünür. Amma həqiqətən elə deyil. Səfərdən 1 xalla qayıtmaq da uğurdur. Məncə, qrupda kimin ikinci yeri tutacağı sonuncu turda bəlli olacaq".

Yunuszadə 2016/2017 mövsümündə "köhlən atlar"ın UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçin "Höteborq" klubuna qalib gəldikləri oyunu (0:1; 3:0) da xatırlayıb: "3:0 hesabı ilə qalib gəldiyimiz Bakıdakı matçda çox əziyyət çəkmişdik. Kənardan hamı hesaba və ada baxıb deyir ki, "Qarabağ" turu rahat keçməlidir. Amma elə şey yoxdur. Avrokuboklar çempionat qarşılaşmalarından tam fərqlənir".

Qeyd edək ki, Elvin Yunuszadə 2015 - 2018-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. Bu gün “Ullevi” stadionunda reallaşacaq "Hakken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Futbol
DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Futbol
"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

Futbol
"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

Futbol
DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

Futbol
Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Futbol
PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

Futbol
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

Futbol
"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

Futbol
Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir