Arif Əsədov: "Qarabağ" "Hakken"ə qalib gəlsə, 70-80 faiz növbəti mərhələni təmin edəcək"

Arif Əsədov: "Qarabağ" "Hakken"ə qalib gəlsə, 70-80 faiz növbəti mərhələni təmin edəcək"

"Qarabağ" qələbə qazansa, 70-80 faiz növbəti mərhələni təmin edəcək".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov ölkə çempionunun İsveçdə "Hakken"ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib.

53 yaşlı mütəxəssis bu görüşün qrupdan çıxmaq baxımından çox vacib olduğunu bildirib: "Qrupun favoriti "Bayer 04"dür. İkinci yer üçün isə digər komandalar mübarizə aparacaqlar".

Əsədov "köhlən atlar"ın artıq səfərdə də yaxşı oyun nümayış etdirdiyini söyləyib: "Meydan sahibi öz meydanında hansısa üstünlüyə malik olur. Lakin "Qarabağ" elə səviyyəyə çatıb ki, səfərdə də yaxşı oynayır. Hətta bəzən evdə heç-heçə etdikləri rəqibləri səfərdə məğlub ediblər. Bu amil futbolçulara maneə törətməyəcək. Rəqib dominantlıq etmək istəsə, açıq futbol sərgiləsə, boş sahələr yaranacaq və oyunçular məharətlə bundan istifadə edə bilərlər".

Baş məşqçi "Qarabağ"ın yeni transferlərinin uyğunlaşma prosesinin də arxada qaldığını sözlərinə əlavə edib. O, komandanın 80-90 faiz formada olduğunu vurğulayıb: "Məncə, "Bayer 04" ilə də mübarizə apara biləcəklər. "Hakken"lə görüşdə xal qazansalar, növbəti matçda daha rahat olacaqlar və istədikləri nəticəni əldə edə biləcəklər. Ötən mövsüm Almaniyanın digər təmsilçisi "Frayburq"la da başabaş oyun sərgilədilər. Düşünürəm ki, "Qarabağ" hər bir güclü rəqibə qarşı oyunda sürpriz nəticə qazana bilər".

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkələşəcək "Hakken" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

Futbol
Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Futbol
"Lion" klubunun yeni sahibi bəlli olub

"Lion" klubunun yeni sahibi bəlli olub

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

Futbol
Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Futbol
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb